BaşlıcaSiyasət

Baş nazir “Radiolur”un sualına cavab verdi: “Ermənilər Şuşiyə gedə biləcəklərmi?”

Avqustun 8-də Vaşinqtonda öncədən imzalanmış sülh sazişi və ABŞ ilə imzalanmış üçtərəfli bəyanatla bağlı Ermənistan və Azərbaycan rəhbərləri demək olar ki, eyni vaxtda münasibət bildirdilər.

 Baş nazir Nikol Paşinyan bir neçə dəqiqləşdirmə etdi:

ABŞ-ın nəzarətində deyil, ABŞ-ın İdarə etdiyi “Tramp yolu” və ya Syünik ərazisindən keçən yol olacaq.

 “Radiolur”un sualına, bağlı Ermənistan-Türkiyə sərhədləri şəraitində Azərbaycanın blokadasından çıxışın mümkünlüyü barədə Paşinyan cavab verdi ki, Türkiyə bəyanatın tərəfi olmasa da, razılaşmaların həyata keçirilməsi Ermənistan-Türkiyə sərhədinin açılmasını sürətləndirə bilər.

 Azərbaycan Prezidenti isə jurnalistlərlə söhbətində Ermənistan ərazisində tikiləcək dəmiryolun əhəmiyyətini vurğulayıb və bunu Azərbaycanın növbəti tarixi uğuru kimi qiymətləndirib.

Baş nazir məzuniyyətdən qayıdaraq müsbət xəbərlərlə təbriklər aldı. Hökumətin növbəti iclası avqustun 8-də Vaşinqtondakı hadisələrin təhlili ilə başladı. Nikol Paşinyan hökumət üzvlərinin hər birinə təşəkkür etdi:

“Biz bu barədə işıqlandırmadıq, lakin hətta məzuniyyətləri yarımçıq kəsərək hökumət üzvləri, Təhlükəsizlik Şurasının geniş heyəti, Respublika Prezidenti və parlament həmkarlarımızın iştirakı ilə çoxsaylı müzakirələr apardıq.

Yəni, mən çox sayda insanı dəvət etdim və Vaşinqtona getməzdən öncə məsləhətləşmələr, müzakirələr və mətnlərin analizini etdik”.

Lakin bu, sülh gündəminin yekunu deyil, əksinə onun yeni mərhələsinin başlanğıcıdır” deyə  Baş nazir qeyd edib.

“Və əminəm ki, bu addımla biz inkişafın yeni gündəliyinə çıxmışıq”.

Vaşinqtondakı hadisələr və imzalanan sənədlər barədə Paşinyan iclasdan sonra jurnalistlərlə danışarkən “Radiolur”un sualına cavab verdi ki, Ermənistan-Türkiyə bağlı sərhədləri şəraitində Azərbaycanın blokadasından çıxış mümkündürmü və “Tramp yolu” həm də Ermənistan-Türkiyə sərhədini əhatə edirmi:

“İmzalanmış bəyanat iki tərəfi – Ermənistanı və Azərbaycanı əhatə edir, lakin investisiya layihələri prosesi sürətləndirə bilər. Biz Türkiyə ilə birbaşa danışıqlar aparırıq.

 Təbii ki, regional layihələr və yeni investisiyalar müəyyən təsir göstərəcək. Amma bəyanatın iki tərəfi var, ABŞ Prezidenti isə onun şahididir. Türkiyə sərhədinin açılması bir neçə istiqamətdə baş verə bilər, mən ümid edirəm və əminəm ki, bir vaxtlar Ermənistan-Türkiyə sərhədi də açılacaq”.

“Radiolur”un növbəti sualına, yəni regional blokadanın aradan qalxması şəraitində Ermənistan vətəndaşının məsələn, Şuşiyə səfər etmək imkanı barədə Paşinyanın cavabı belə oldu:

“Bəli, sülh şəraitində hamı bütün yerlərə turist kimi gedə bilər”.

Paşinyan dəqiqləşdirdi ki, “Tramp yolu” və ya Syünikdən keçən yol, hansı ki, Azərbaycanın Naxicevanla əlaqəsini təmin edir, ABŞ tərəfindən nəzarət edilməyəcək, idarə olunacaq:

“ABŞ şirkəti yolu nəzarət etməyəcək, idarə edəcək, yəni işgüzar idarəetmə həyata keçiriləcək”.

Baş nazir bildirdi ki, Ermənistan-Azərbaycan sərhəddində keçid məntəqələri sadələşdirilmiş prosedurla işə başlayacaq, bu da fiziki təmasların minimuma endirilməsini nəzərdə tutur.

 Paşinyan istənilən müzakirə variantında tərəflərin ərazi bütövlüyü, suverenlik, hüquqi səlahiyyət, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq prinsiplərindən kənara çıxmayacağını vurğuladı.

“Hər zaman demişik ki, Azərbaycan əsas hissəsi ilə Naxicevan Muxtar Respublikası arasında əlaqəyə mane olmayacağıq, Vaşinqton bəyanatında da bu üstünlük Azərbaycana verilib.

 Yəni, əlaqə üstünlüyü yuxarıda qeyd olunan prinsiplər çərçivəsində ifadə olunub, həmçinin Ermənistan üçün daxili, yəni ölkədən-ölkəyə və beynəlxalq, yəni üçüncü ölkəyə qarşılıqlı üstünlüklərlə”.

Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası işlərinin davamlılığını da ərazi bütövlüyü, suverenlik, hüquqi səlahiyyət, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq kontekstində qiymətləndirir.

O, deyib ki, Ermənistana məxsus ərazilərin bir qismi Azərbaycanın nəzarətindədir və əksinə:

“Biz dəfələrlə Azərbaycanla razılaşmışıq ki, biri-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını 1991-ci il Almatı bəyanatı əsasında tanıyırıq.

Almatı bəyanatı dəqiq göstərir ki, Azərbaycanın SSRİ dövründəki sərhədləri müstəqil Azərbaycanın sərhədləri Ermənistanın SSRİ dövründəki sərhədləri isə müstəqil Ermənistan Respublikasının sərhədləri ilə eynidir,  .

 Biz bütün sərhəd xəritələrinə sahibik, Azərbaycan da, və məhz Kirants–Voskepar hissəsində delimitasiya həmin xəritələrlə aparılıb”.

Baş nazir qeyd etdi ki, həm sülh danışıqları zamanı, həm də onlardan sonrakı mərhələdə heç vaxt anklavlardan imtina barədə yanaşma olmayıb:

“Mən uzun müddət demişəm ki, anklavların mövzusundan imtina edə bilmərəm, çünki özümüzün də ekzklav-anklav problemi var.

Hər vətəndaş gözləyə bilər ki, mən Ermənistanın suveren ərazilərinin və ərazi bütövlüyünün bərpası üçün çalışacam. Biz bu məntiqdə irəliləyəcəyik”.

Baş nazirin təcili açıqlaması ilə demək olar ki, üst-üstə düşən vaxtda Azərbaycan Prezidenti İlham Əliyev isə Azərbaycan KİV-lərinə verdiyi müsahibədə sülh sazişinin Ermənistanla qarşıdurmaya son qoyduğunu bildirib.

Əliyev vurğulayıb ki, sülh sazişinin əsasını Azərbaycanın mövqeləri təşkil edir.

“Biz Naxicevan dəmir yolunu tam olaraq yeniləyirik” — deyə İlham Əliyev bildirib və əlavə edib ki, Ermənistan da öz ərazisində dəmir yolunu qurmalıdır.

“Ermənistan belə öhdəlik götürüb və bu bizim növbəti tarixi qələbəmizdir” — deyərək  Əliyev  qeyd edib.

Azərbaycan Prezidenti Minsk qrupuna qarşı münasibətini gizlətməmiş, açıq deyib ki, “Nifrət doğuran Minsk qrupu öz son günlərini yaşayır”.

 Əliyev nəzərdə tutur ki, Vaşinqtondakı üçtərəfli bəyanatın maddələrindən biri üzrə Ermənistan və Azərbaycan birlikdə onun ləğv olunması üçün müraciət edib.

Sülh sazişinin imzalanması üçün Azərbaycanın tək şərti isə Ermənistan Konstitusiyasının dəyişdirilməsidir.

Bakı gözləyir ki, Ermənistanın əsas qanunundan, Azərbaycana qarşı hələ də mövcud olan ərazi iddialarını ləğv etsin.

Daha çox göstər
Back to top button