Ermənistan Baş naziri Nikol Paşinyan: “Turizm Ermənistanda ən parlaq dövrünü yaşayır”

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, turizm Ermənistanda ən parlaq dövrünü yaşayır. Agentliyin məlumatına görə, Paşinyan bu barədə “Facebook” səhifəsində paylaşım edib.
“Turizm Ermənistanda ən parlaq dövrünü yaşayır. 2025-ci ilin may, iyun və iyul aylarında Ermənistan Respublikasına həmin aylar üzrə tarixən rekord sayda turist mayda 181 min 436, iyunda 215 min 253, iyulda isə 263 min 592 nəfər səfər edib.
. Bu misalla mən, 18 avqust tarixində xalqa ünvanladığım müraciətimdəki nəzəri tezislərdən birinin praktiki ifadəsini göstərmək istəyirəm.
Turizm sahəsində fəaliyyət göstərən bizim operatorlarımıza ‘yaxşı olardı’ deməyə ehtiyac qalmayıb, çünki indi artıq yaxşıdır. Çünki illər öncə düşündüyümüz gələcək bu gündür. Və davam edirik” – deyə yazıb Ermənistanın Baş naziri qeyd edib.







