
ER Müdafiə naziri avqust 2025-ci ildə N hərbi birliyə aid yeni tikilən modul tipli hərbi hissələrdə olub.

Ziyarət zamanı nazir tikinti işlərinin son mərhələsində olan vəziyyətlə, modul tipli yaşayış yerlərinin təqdim etdiyi imkanlarla və həyat şəraiti ilə tanış olub.Bu haqda Müdafiə nazirliyindən məlumatlandırılıb.

Nazir tikinti işlərinin yüksək keyfiyyət standartlarına uyğun aparılmasının və işlərin müəyyən edilmiş müddətdə başa çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Ziyarətin sonunda müdafiə naziri tikinti işlərini həyata keçirən, əlaqələndirən və nəzarət edən məsul şəxslərə bir sıra göstərişlər və tapşırıqlar verib.







