BaşlıcaSiyasət

Paşinyan:  “Ermənistanın xarici siyasəti beynəlxalq proseslərə uyğunlaşıb”

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanın xarici siyasəti artıq beynəlxalq proseslərə uyğundur. Alınan məlumata görə, Baş nazir Nikol Paşinyan bu haqda  Kapan şəhərində keçirilən səfirlər konfransındakı çıxışında qeyd edib.

“Tariximiz boyu qarşılaşdığımız bütün fəlakətləri və onların xüsusiyyətlərini öyrənərkən belə bir qənaətə gəlirik ki, biz tariximizin taktını beynəlxalq inkişafların taktı ilə uyğunlaşdıra bilməmişik.

Vaşinqtonda baş verənlər (müəllifin qeydi: Ağustosun 8-də ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanan Bəyannamə, habelə iki ölkə arasında sülh müqaviləsinin ilkin imzalanması) o deməkdir ki, siyasətimizin taktı müəyyən beynəlxalq proseslərlə uyğunlaşıb.

Bu, bizim bəlkə də bir neçə əsrdən sonra ilk dəfədir ki, beynəlxalq inkişaflarla həmahəng olmaq üçün real imkana çevrilir və bu, son dərəcə əhəmiyyətli bir müşahidədir”.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistanın əsas problemlərindən biri ondan ibarət olub ki, ölkənin yaşadığı nəzəriyyələr adətən elitar təbəqə tərəfindən formalaşdırılıb və, yumşaq desək, cəmiyyətə öyrədilib.

“İndi isə biz əks prosesin baş verdiyi dövrdə yaşayırıq: nəzəriyyələr xalqın şüurunda, xalqın nümayəndələri tərəfindən formalaşdırılır və həyata keçirilir.

Bu baxımdan bu prosesin orqanikliyini tam şəkildə qorumağımız son dərəcə vacibdir”.

Daha çox göstər
Back to top button