BaşlıcaSiyasət

Türk ekspertlər:  “Rusiya-Ukrayna müharibəsi və İrana qarşı müharibə “Zəngəzur dəhlizi”nin açılmasına imkan verdi”

8 avqustda ABŞ-ın Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın prezidenti İlham Əliyev görüşdülər və yekun sülh sazişi çərçivəsini müəyyən edən birgə bəyanat imzaladılar.

 Bu bəyanatda ən önəmli addım “Azərbaycanı Naxicevanla birləşdirən  ”Zəngəzur dəhlizi”nin istismar hüquqlarının 99 il müddətinə ABŞ-a verilməsi oldu.

Türk təhlilçilər Abdulla Kabaoğlu və Əhməd Zahit Güney bu barədə yazıblar.

Yazıda bildirilir ki, bu marşrut unikal bir yol olaraq ABŞ-ın yönəlmiş Qərb iqtisadi sisteminə dair Mərkəzi Asiyaya çıxış qapısı ola bilər.

SSRİ-nin dağılmasından sonra bu potensial Azərbaycan və Ermənistan arasındakı siyasi gərginlik və iqtisadi qeyri-müəyyənliklər səbəbindən məhdudlaşmışdı.

Mərkəzi Asiyada son geopolitik dəyişikliklər Qərbin regiona artan marağını daha da gücləndirib. Rusiya-Ukrayna müharibəsinin ağır nəticələri Rusiyanın ənənəvi region təsirini zəiflədir.

Eyni zamanda, Çin-in iqtisadi təsirinin artması Mərkəzi Asiya türkdilli respublikaları üçün Rusiyanın alternatividir. Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində aparılan infrastruktur layihələri regionda Çin təsirini gücləndirir.

Bu vəziyyət ABŞ və Qərb müttəfiqlərinin regionda daha fəal xarici siyasət yürütməsinə səbəb olur ki, Mərkəzi Asiya Çin təsiri altına düşməsin.

“Zəngəzur dəhlizi”nin istismar hüquqlarının ABŞ şirkətlərinə verilməsi Qərbin Mərkəzi Asiyaya qədər uzanan strateji öncüsü ola bilər.

Qərbin Mərkəzi Asiyaya marağının artması Türkiyə üçün türkdilli respublikalarla əlaqələri inkişaf etdirmək üzrə böyük fürsətlər açır.

Bunlar soyuq müharibədən sonra Türkiyə xarici siyasətində prioritet olsalar da, hal-hazırda Rusiyanın və İranın üstün təsiri səbəbindən arzu olunan səviyyədə deyil.

Həmin ölkələr regionda öz təsirlərini saxlamaq üçün Şimal və Cənub dəhlizlərindən istifadə etməyə çalışırlar, Türkiyənin mərkəzində olduğu “Orta dəhliz”ə üstünlük vermirlər.

Lakin Rusiya-Ukrayna müharibəsinin ağır nəticələri və İrana qarşı 12 günlük müharibə Zəngəzur dəhlizinin açılmasına imkan verdi və Türkiyə üçün Mərkəzi Asiyaya səmərəli yol açdı.

Anlaşma ilə dəhlizin ABŞ şirkətlərinə verilməsi Türkiyənin Rusiyanın və İranın potensial dağıdıcı təşəbbüslərinə qarşı strateji balansını gücləndirəcək.

Beləliklə, Rusiya və İrana qarşı təhlükəsizlik təminatı sayəsində Türkiyə həm Mərkəzi Asiya bazarlarında təsirini artıracaq, həm də böyük iqtisadi fayda əldə edəcək.

 Bundan əlavə, proses Türkiyəyə türkdilli respublikalarla uzun müddətdir gözlənilən sosial-iqtisadi inteqrasiyanı misli görünməmiş səviyyəyə qaldırmaq imkanı verir.

Bütün müsbət siqnallara baxmayaraq, Türkiyə üçün bu proses tamamilə risk və təhlüklərdən uzaq deyil. ABŞ-ın daxili siyasi çalxalanmaları və institusional böhranı bu addımların dayanıqlılığını şübhə altına alır.

 Belə qeyri-müəyyənlik şəraitində Türkiyənin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı uğursuz ola bilər.

Digər tərəfdən, ABŞ və AB kimi aparıcı oyunçular Türkiyəni regional inteqrasiya prosesindən kənarda saxlamağa çalışa bilərlər. ABŞ-da İsrail lobbi qruplarının, AB-də isə Yunanıstan və Kipr rəhbərliklərinin maraqları Türkiyənin rolu minimuma endirmək istəyir.

Bu ssenari gerçəkləşsə, “Zəngəzur dəhlizi” Türkiyənin Mərkəzi Asiyaya qapısı olmaqdan çıxıb, Qərbin Türkiyə ilə Mərkəzi Asiya arasına divar çəkdiyi bir yol ola bilər.

“Zəngəzur dəhlizi”nin yeni statusu Türkiyəyə 30 ildən artıq gözlədiyi fürsəti verir, amma bunun həyata keçməsi çoxşaxəli və davamlı diplomatiya tələb edir.

Daha çox göstər
Back to top button