BaşlıcaSiyasət

Ermənistan və Böyük Britaniya qarşılıqlı maraq kəsb edən iqtisadi layihələr istiqamətində araşdırmalar aparmağın vacibliyini vurğulayıblar

Baş nazir Nikol Paşinyan Böyük Britaniyanın Avropa, Şimali Amerika və Dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautini qəbul edib.

Alınan məlumata görə, bu barədə Ermənistan Baş nazirinin administrasiyası məlumat yayıb.

Baş nazir onun Ermənistana səfərini alqışlayıb və Ermənistan–Böyük Britaniya strateji dialoqunun uğurlu mərhələsi münasibətilə məmnunluğunu ifadə edib.

 Nikol Paşinyan qeyd edib ki, Stiven Dautinin regiona səfəri çox mühüm, hətta tarixi bir dövrə təsadüf edir.

Bu da Vaşinqtonda əldə olunmuş razılaşmaları nəzərə alaraq, Cənubi Qafqazda sabitlik və proqnozlaşdırıla bilən vəziyyət, həmçinin daha geniş regional əməkdaşlıq və inkişaf üçün baza yaradır.

Stiven Dauti Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və sülh gündəliyinin irəlilədilməsi işində Vaşinqtonda əldə olunmuş tarixi nəticələr münasibətilə baş naziri təbrik edib.

O, Böyük Britaniyanın həmin prosesə dəstəyini vurğulayıb.

Tərəflər Ermənistan–Böyük Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək və bu məqsədə birgə səylərlə ardıcıl surətdə nail olmaq iradələrini bir daha təsdiqləyiblər. Həmçinin qeyd olunub ki, iki ölkə arasında əməkdaşlığın əsasını ümumi dəyərlər təşkil edir – demokratiya, hüququn aliliyi və insanın fundamental hüquqlarının müdafiəsi.

Sonra Ermənistan–Böyük Britaniya əməkdaşlığının gələcək inkişafı və genişlənməsinə dair bir sıra məsələlər müzakirə olunub.

Qarşılıqlı maraq kəsb edən iqtisadi layihələrin istiqamətində araşdırmalar aparmağın, investisiya sahəsində birgə proqramların reallaşdırılmasının, Britaniya şirkətlərinin isə Ermənistanda infrastruktur və digər layihələrdə daha fəal iştirakının vacibliyi vurğulanıb.

Baş nazir Paşinyan gələn il Ermənistanda keçiriləcək Avropa Siyasi İcmasının sammitində və Bioloji Müxtəliflik haqqında Konvensiyanın Tərəflərinin 17-ci konfransında (COP17) Böyük Britaniyanın fəal iştirakının əhəmiyyətini qeyd edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button