BaşlıcaSiyasət

Litvanın XİN-yi  gürcü KİF-nin   ittihamlarına reaksiya verib

Litva Xarici işlər nazirliyi Gürcüstanın bir sıra KİV-ləri tərəfindən yayılmış məlumatları sistemli informasiya hücumu kimi qiymətləndirib.

Həmin məlumatlarda Böyük Britaniyanın Litvada aktivistləri gələcək oktyabr ayında Gürcüstanda keçiriləcək yerli özünüidarəetmə seçkilərində iğtişaşlar təşkil etmək üçün hazırladığı iddia olunurdu.

Bu barədə BNS agentliyinin sualına cavab olaraq Litva Xarici İşlər Nazirliyi bildirib ki, bu məlumat yalandır və həqiqətlə heç bir əlaqəsi yoxdur.

Nazirlikdən bildiriblər ki, belə kampaniyalar birbaşa Gürcüstan hökumətinin demokratik dəyərlərdən və Avropa yolundan uzaqlaşması, eləcə də siyasi müxalifətə, vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı repressiyalarla bağlıdır.

Daha çox göstər
Back to top button