BaşlıcaSiyasət

ABŞ səfirliyi: “Kosovoda sülhməramlı missiyaya Ermənistanın qoşulması ümumi məqsədlərimizə uyğundur”

ABŞ-ın Ermənistandakı səfirliyi, Ermənistanın Kosovodakı iştirakını dəstəkləməkdən qürur duyur. Bu iştirak alyansların möhkəmləndirilməsi, NATO-Balkan öhdəliklərinin irəlilədilməsi və Qafqaz regionunda Ermənistanla güclü təhlükəsizlik tərəfdaşlığına yeni təkan verilməsi ümumi məqsədlərinə uyğundur.

Verilən məlumata görə, ABŞ-ın Ermənistandakı səfirliyi bu barədə bəyanat yayıb.

“ABŞ-ın hərbi attaşesi polkovnik Kroun, NATO missiyası çərçivəsində Kosovoda xidmət etməyə hazırlaşan Ermənistan sülhməramlı briqadasının yeni növbəsinə uğurlar arzulayıb.

2004-cü ildən etibarən Ermənistan daim NATO-nun Kosovodakı qüvvələrində təmsil olunub və regional sülh və sabitliyə öz sadiqliyini nümayiş etdirib.

Ermənistan, NATO üzvü olmayan ölkələr arasında Kosovodakı qüvvələrdə ən çox təmsil olunan dövlət olaraq qalır və bu göstəricisi ilə bir sıra NATO və Aİ üzv ölkələrini də qabaqlayır.

 Bu ardıcıl yanaşma Ermənistanın regional təhlükəsizlik əməliyyatlarında etibarlı tərəfdaş kimi rolunu və Alyans qüvvələri ilə çiyin-çiyinə işləməyə hazır olduğunu bir daha vurğulayır”.

“ABŞ-ın Ermənistandakı Səfirliyi, Ermənistanın Kosovodakı iştirakını dəstəkləməkdən qürur duyur. Bu iştirak alyansların möhkəmləndirilməsi, NATO-Balkan öhdəliklərinin irəlilədilməsi və Qafqaz regionunda Ermənistanla güclü təhlükəsizlik tərəfdaşlığına yeni təkan verilməsi ümumi məqsədlərimizə uyğundur” – deyərək  bəyanatda qeyd olunub.

Ermənistan Silahlı Qüvvələrinin yeni sülhməramlı dəstəsi artıq missiyanı öz üzərinə götürüb.

Daha çox göstər
Back to top button