
“Xəbərlər»in sorğusuna cavab olaraq Xarici İşlər nazirliyindən bildirilib ki, sentyabrın 1-də ATƏT-in fəaliyyət göstərən sədrliyi Finlandiyanın XİN rəhbərinin məktubu alınıb.
Məktubda təsdiqlənir ki, ATƏT-in Minsk Qrupu prosesi və əlaqədar qurumların ləğv edilməsinə dair qərarın qəbul olunması üçün müəyyən olunmuş susqunluq proseduru ATƏT üzv ölkələri tərəfindən pozulmayıb və bu qərar sentyabrın 1-dən etibarən qüvvəyə minir.
Xatırladaq ki, Vaşinqtonda Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət imzalayıblar.







