
“Hindistan, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Azərbaycanın üzvlük ərizəsini bloklayıb.Bu haqda “Opindia»ya diplomatik mənbələr təsdiqləyib.
Nyu Delhi onun narazılığının əsas səbəbi kimi Bakının Pakistan və Türkiyə ilə sıx strateji əlaqələrini göstərib.
Bu ölkələr Kəşmir məsələsində dəfələrlə Hindistana qarşı çıxıblar.
Hazırda Azərbaycan “dialoq tərəfdaşı” statusundadır və onun tam üzvlük ərizəsi bu gün keçirilən ŞƏT iclasında müzakirə olunub. Hindistan orada etirazlar səsləndirib.
Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciətinə mane olur
Rəsmi şəxslər bildiriblər ki, Hindistan Bakının ŞƏT-ə tam üzv qəbul edilməsinə razılıq vermək istəmir, çünki artıq təşkilatda Pakistan da var və bu, təşkilatın Hindistanın maraqlarına qarşı hərəkət etməsinə səbəb ola bilər.
Azərbaycanın Pakistana çoxsahəli dəstəyi, eləcə də Çin tərəfindən irəli sürülən “Bir kəmər, Bir yol” təşəbbüsü ilə bağlı layihələrdə iştirakı Hindistanın mövqeyinə təsir edib.
Konsensus əldə olunmalı olsa da, Hindistanın veto hüququ faktiki olaraq Bakının ümidlərini bloklayır”.







