BaşlıcaSiyasət

Ermənistan Baş naziri Azərbaycan prezidentinə:“Bakının leksikonu Vaşinqtonda razılaşdırılan məntiqə uyğun gəlmir”

 Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması prosesi qəti mərhələyə daxil olub. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxış edərkən Ermənistan Baş naziri Vaşinqtonda tərəflər arasında imzalanan Sülh Bəyannaməsi və ön imzalanmış saziş haqqında danışıb.

 Paşinyan bunu təkcə iki ölkə üçün deyil, həm də region üçün dönüş nöqtəsi adlandırıb. Ermənistan baş naziri həmçinin qeyd edib ki, Azərbaycan prezidentinin işlətdiyi terminologiya Vaşinqtonda razılaşdırılan məntiq daxilində qəbul edilmir.

Bir gün əvvəl İlham Əliyev yenidən “Zəngəzur dəhlizi” ifadəsindən istifadə edib.

Ermənistan Baş naziri ŞƏT sammitində çıxışında bunun daha geniş regional təsiri olacaq tarixi bir dönüş olduğunu elan edib və iştirakçılara xatırlatdı ki, 8 avqustda Vaşinqtonda Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri Sülh Bəyannaməsini qəbul edib və sülh və qonşu dövlətlər arasında münasibətlər haqqında sazişi ön imzalayıblar.

Nikol Paşinyan qeyd edib ki, hazırda iki ölkə arasında nəqliyyat əlaqələrinin açılması məsələsi – ərazi bütövlüyü, suverenlik və hüquqi yurisdiksiya prinsipləri əsasında müzakirə olunur.

“Vurğulamaq istəyirəm ki, Ermənistan və Azərbaycan rəhbərlərinin qəbul etdiyi Bəyannamədə müəyyən terminologiya da razılaşdırılıb və hesab edirəm ki, dəqiqləşdirilmiş və razılaşdırılmış bu terminologiyadan istifadə konstruktiv mühitin və sonrakı işlərin həyata keçirilməsinə kömək edəcək”.

ŞƏT+ formatında keçirilən görüşdə çıxış edərkən Azərbaycan prezidenti yenidən “Zəngəzur dəhlizi” ifadəsindən istifadə edib.

İlham Əliyev bildirib ki, o tezliklə “Orta dəhliz”n, eləcə də “Şimal-Cənub dəhlizi”nin başqa bir mühüm hissəsinə çevriləcək.

Ermənistan ərazisindən keçəcək marşrut haqqında danışarkən Əliyev həmçinin əlavə edib: “Mənim ifadəmlə, “Zəngəzur dəhlizi” Azərbaycanın bütün qonşularına fayda gətirəcək”.

Təhlilçilər də hesab edir ki, bu, sülh məsələsində Bakının bəyanatları ilə real niyyətləri arasındakı ziddiyyəti sübut edən nümunələrdən biridir.

Siyasətşünas Armen Bağdasaryan deyir ki, Azərbaycan sülhə getmək niyyətində səmimi deyil.

“Əliyevin məqsədi tamamilə başqadır və bu, təkcə həmin ifadə ilə bağlı deyil.

Yəni, Azərbaycan daim Ermənistanın qarşısına tələblər qoyur, lakin bunun səbəbi Ermənistanın həmin tələbləri yerinə yetirməsi deyil, əksinə – yerinə yetirməməsidir ki, onlar da ya Sülh Sazişini imzalamamaq üçün – günahı Ermənistanın üstünə atmaq imkanı əldə etsinlər.

 Ya da hətta imzaladıqdan sonra məsələni elə təqdim etsinlər ki, guya Ermənistan öz öhdəliklərini yerinə yetirmir, buna görə də biz də yerinə yetirməyəcəyik”.

ŞƏT+ formatlı görüşdə Baş nazir Paşinyan demişdir ki, səylər Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxicevan Muxtar Respublikası arasında – Ermənistan Respublikasının ərazisindən keçməklə – maneəsiz əlaqəni, Ermənistan Respublikası üçün beynəlxalq və daxili əlaqələrin qarşılıqlı üstünlüklərini əhatə edəcək.

Ermənistan Baş naziri həmçinin əlavə edib: “Tərəfdaşları həm də xəbərdar etmək istəyirəm ki, xüsusilə Azərbaycan prezidenti tərəfindən işlədilən terminologiya bizim tərəfimizdən Vaşinqtonda razılaşdırdığımız məntiq daxilində qəbul edilmir”.

“Mən həmçinin tərəfdaşları məlumatlandırmaq istəyirəm ki, xüsusilə Azərbaycan prezidentinin işlətdiyi terminologiya bizim tərəfimizdən Vaşinqtonda razılaşdırdığımız məntiq daxilində qəbul edilmir.

Xüsusilə də ona görə ki, həmin razılıqlar çərçivəsində Ermənistan Respublikası və Amerika Birləşmiş Ştatları “Tramp Yolu Beynəlxalq Sülh və rifah üçün” adlanan investisiya kommunikasiya proqramını həyata keçirəcəklər.

Vəzifəli şəxsin sözlərinə görə, bu proqram Ermənistan Respublikasının “Sülh kəsişməsi” (Crossroads of Peace) layihəsindən irəli gəlir.

Ermənistan Respublikası və Birləşmiş Ştatlar bu layihəni inkişaf etdirmək və investisiyalar həyata keçirmək istiqamətində ikitərəfli memorandum imzalayıblar.

“Bütün bunların nəticəsində – bu layihələrin həyata keçirilməsi nəticəsində, təkrar etmək istəyirəm ki, Ermənistan Respublikası əldə edilmiş razılıqlara sadiqdir və biz həmin razılıqları mümkün qədər tez həyata keçirmək barədə qətiyyətliyik.

Və bütün bunların nəticəsində nəinki Ermənistan və Azərbaycan arasında – daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün kommunikasiya açılacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatının bütün ölkələri, o cümlədən bizim və Azərbaycanın birbaşa qonşuları üçün yeni logistika imkanları yaradılacaq”.

Yeri gəlmişkən, Paşinyan və Əliyevin çıxışlarından əvvəl Ermənistan və Azərbaycan rəhbərlərinin ikitərəfli görüşü baş tutmuşdur. Bu, Sülh Sazişinin ön imzalanmasından sonra ilk görüş idi.

Hər iki rəhbər Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək məqsədilə Çindədirlər. Hər iki ölkə təşkilata üzvlük üçün müraciət təqdim ediblər.

Rəsmi Yerevan sammiti tarixi adlandırır, həmçinin Ermənistan-Çin münasibətləri kontekstində.

“Ermənistan iki xalqın rifahı üçün Çinlə əməkdaşlığın irəliləməsini səbirsizliklə gözləyir”.

 ER Xİ naziri Ararat Mirzoyan X (Twitter)-də belə yazıb.

“Baş nazir Nikol Paşinyana Çinə müşayiət etməkdən məmnunam, burada Ermənistan və Çin arasında strategik tərəfdaşlıq müəyyən etməklə mühüm addım attıq. İki xalqın rifahı üçün əməkdaşlığımızın qarşılıqlı əlaqə və daha geniş imkanlarla yeni mərhələyə qədəm qoymasını səbirsizliklə gözləyirik”.

Şərqşünas Armen Petrosyanın fikrincə, Şərq-Qərb münasibətləri ilk baxışdan qəribə, amma həm də qanunauyğun gedişat qeyd edir.

“Bu gün dünyanın müxtəlif regionlarında baş verənlər, fərdi dövlətlərin xarici siyasətinin yenidən nəzərdən keçirilməsi kontekstində, bütün bunlar mövcud dünya-siyasi dəyişikliklərə uyğun gəlir.

 Yəni bütün dövlətlər, bütün regionlar əlaqələrini diversifikasiya edir (müxtəlifləşdirir), qarşılıqlı əlaqə imkanlarını genişləndirir və gələcəyin artıq dünya qaydasının məntiqində öz yerini və rolunu tutmağa çalışırlar.’

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci ildə yaradılmış siyasi və təhlükəsizlik təşkilatıdır. Struktur dünyanın böyük iqtisadiyyatlarından və regional güc mərkəzlərindən bir neçəsini birləşdirir.

Çin, Hindistan, Rusiya, İran və Mərkəzi Asiya ölkələri. 2024-cü il iyul ayında Belarus təşkilatın 10-cu tam hüquqlu üzvü oldu”.

Daha çox göstər
Back to top button