
Azərbaycanlı jurnalist Əfqan Muxtarlı öz Facebook səhifəsində Əliyevlər ailəsini və onlara məxsus “Silk Way West Airlines” aviaşirkətini kəskin tənqid edib.
Əliyevlərə məxsus “Silk Way West Airlines” şirkəti sayca 3-cü “Boeing 777” yük təyyarəsi alıb. Təyyarə artıq Bakıdadır.
O qeyd edib ki? Əliyevlər belə 10 təyyarə alacaq. Bir ölkənin sərvətini bir ailə talayır.
“Neftən günəbaxan tumuna qədər hər şey bu doymaq bilməyən acgöz ailənin nəzarətindədir. Xalq isə bir tikə çörək dalınca dünyanın hər yerinə səpələnib. “.
Muxtarlının sözlərinə görə, sərhədlər bağlı və onlar mədəsi ilə beyni arasında əlaqə olmayan ailənin təyyarələrində ucmağa məhkumdurlar.







