BaşlıcaSiyasət

Ermənistan üzərindən heç bir dəhliz olmayacaq: İran səfiri

Yerevanda diplomatik fəaliyyətini başa vuran İranın Ermənistandakı səfiri Mehdi Sobhani Azərbaycanla Naxçıvan arasında müzakirə olunan “tranzit dəhlizi”nə münasibət bildirib.

O, ISCA News-a müsahibəsində vurğulayıb ki, nə Vaşinqtonda imzalanmış sənəddə, nə də Bakı ilə Yerevan arasında sülh sazişində “dəhliz”dən bəhs edilmir. Söhbət yalnız nəqliyyat marşrutlarının açılmasından gedir, Ermənistan tərəfi isə pasport nəzarəti, gömrük nəzarəti və güc nəzarəti də daxil olmaqla, onlara tam nəzarəti özündə saxlayır.

Sobhani “99 illik icarə haqqında” şayiələri də təkzib edərək, layihənin sırf Ermənistanın suverenliyi çərçivəsində həyata keçirildiyini bildirib. 

O qeyd edib ki, Tehranın israr etdiyi beş prinsip – suverenliyə hörmət, ərazi bütövlüyü, məhkəmə yurisdiksiyası, qarşılıqlılıq və sərhədlərin dəyişməzliyi tam nəzərə alınıb.

Daha çox göstər
Back to top button