
“Bakının həbsxanalarında saxlanılan erməni əsirlər arasında intihar cəhdləri olub” – Bu haqda “Azadlıq” radiosuna Avropa Məhkəməsində əsirlərin maraqlarını müdafiə edən Siranuyş Sahakyan bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, əsirlər yaxın günlərdə ailələri ilə telefonla danışıq aparıblar və həmin danışıq zamanı intihar cəhdlərinin olması barədə məlum olub.
Ad çəkmədən Sahakyan yalnız dəqiqləşdirib ki, intihar etməyə cəhd göstərənlər Qarabağın siyasi-hərbi rəhbərliyindən deyil, digər əsirlər arasındandır.
“Təəssüf ki, konkret ad çəkə bilmirəm…
Yəni, Qırmızı Xaçın səfərlərinin dayandırılmasından sonra belə cəhdlər baş verib, təkrarlanıb ki, bu da Qırmızı Xaçın fəaliyyətinin dayandırılması, təcrid olunma və insan iztirabları ilə birbaşa əlaqəni göstərir” – deyə hüquq müdafiəçisi vurğulayıb.
Avropa Məhkəməsində əsirlərin maraqlarını müdafiə edən hüquqşünas xəbərdarlıq edir ki, əsirlər artıq iki aya yaxındır tam təcrid vəziyyətindədirlər, onlara heç bir beynəlxalq müstəqil qurum baş çəkməyib. Onların saxlanma şəraiti, sağlamlıq və psixoloji vəziyyəti barədə məlumat yoxdur.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri sonuncu dəfə erməni əsirlərlə iyun ayında görüşmüşdülər. Bu beynəlxalq qurum bu gündən etibarən Azərbaycanın tələbi ilə Bakıda fəaliyyətini tamamilə dayandırıb.
“Son günlər telefon zəngləri olub və ailələr bizə bildirdilər ki, həmin danışıq zamanı artıq onların sağlamlığında ciddi problemlərin, həmçinin ağır psixoloji vəziyyətin müşahidə olunduğu açıq görünür. Ümidsizlik dərinləşir” – deyə Siranuyş Sahakyan əlavə edib.
Rəsmi məlumatlara görə, Bakının həbsxanalarında 23 erməni əsir saxlanılır.







