
Ermənistan sentyabrın sonuna qədər Avropa tərəfindən Ermənistan-AB viza rejiminin liberallaşdırılması Fəaliyyət Planının yekun mətnini almağı gözləyir.
Bu haqda jurnalistlərlə söhbətdə Daxili işlər naziri Arpine Sarkisyan jurnalistə bildirdi.
O, dedi: “Fəaliyyət Planının alınması baxımından kifayət qədər yekunlaşdırıcı mərhələdəyik. Tərəfdaşlarla olduqca uzun müddət işlədik, danışıqların başlanğıcını elan etdik.
Üstəlik, bu, Avropa regionunda unikal idi, çünki xüsusilə son illərdə AB demək olar ki, heç bir danışığa başlamır. Və Ermənistan bu halda istisna sayılır.
Artıq bir neçə missiya Ermənistana gəldi. Payızda Fəaliyyət Planının yekun mətninin erməni tərəfinə ötürülməsini gözləyirik”-deyə o, qeyd edib.
Məsələ üzrə erməni tərəfinin baş danışıqçısı olan Arpine Sarkisyan AB tərəfdaşları ilə Ermənistanın mümkün qədər tez mətni alması üçün çalışır. O, qeyd etdi ki, bu, öz növbəsində top erməni tərəfinin meydançasında olacaq.
“İlkin məntiqlə, sentyabrın sonunda Fəaliyyət Planını alacağıq. Sonra artıq bütün tədbirləri həyata keçirmək üzrə işə başlayacığıq”-deyə nazir qeyd edib.
O, əlavə etdi ki, bu baxımdan yalnız DİN-nin deyil, digər qurumların da etməli işləri var.
Sarkisyan həmçinin bildirdi ki, yeni biometrik sistemin 2026-cı ilin ikinci yarısında işə salınması nəzərdə tutulur.
Hazırda həm pasportun, həm də şəxsiyyət vəsiqəsinin dizaynının yekunlaşdırılması istiqamətində işlər aparılır.







