BaşlıcaTəhlil

“Teologiya: nəzəriyyə və təcrübə” jurnalında dərc olunan keşiş Aleksey Nikonorovun yazıları erməni irsinin albaniyalaşdırılması və Azərbaycanlaşdırılmasına xidmət edir

Moskva nəşri olan “Teologiya: nəzəriyyə və təcrübə” jurnalında dərc olunan, “teologiya üzrə fəlsəfə doktoru” titulu daşıyan keşiş Aleksey Nikonorovun əsərləri tarixi faktların təhrifi, saxtakarlıq və Azərbaycanın rəsmi təbliğat teziləri ilə doludur.

Alınan xəbərə görə, “Geğard” təhlil-tədqiqat fondu bəyanatında bildirir ki, keşiş Aleksey Nikonorov öz yazıları ilə erməni xristian irsinin “Qafqaz Albaniyası” və ya “azərbaycanlı” kimi təqdim edilməsi yolu ilə albaniyalaşdırılmasına və Azərbaycanlaşdırılmasına kömək edir.

“Belə bir əvəzetmə erməni mənəvi və mədəni adətlərini yadlaşdırmaq və tarixi yaddaşı təhrif etmək məqsədi daşıyır. Bu nəşrlər təkcə elmi obyektivlik prinsiplərinə zidd deyil, həm də kilsələrarası qardaşlıq münasibətlərinə, eləcə də erməni və rus xalqları arasındakı dostluq əlaqələrinə ziyan vurur.

 Bu, xristian xidmətinə zidd olan və xristian xalqları ilə kilsələri arasındakı etimadı pozan, həqiqətin qəsdən təhrifidir.

“Azərbaycanın ən əhəmiyyətli pravoslav memarlıq abidələri haqqında qısa oçerk” (məqaləsində keşiş Aleksey Nikonorov yazır ki, “Azərbaycanın tarixi torpaqları” 1918-ci ilə qədər mövcud olub.

Lakin tarixşünaslıq bunun əksini sübut edir: 1918-ci ilə qədər Azərbaycan dövləti mövcud olmayıb, “azərbaycanlı” etnonimi və belə adlı xalq yox idi.

“L.F. Marsili kolleksiyasından topoqrafik xəritə XVII əsrdə Qafqaz Albaniyası kilsəsinin tarixinə dair mənbə kimi” (2025. Т. 4. № 2. S. 84–92. DOI: 10.24412/2949-3951-2025-0120) məqaləsində müəllif, Yerevan, Naxicevan və Culfa kimi erməni şəhərlərini, mənbələrə deyil, Azərbaycanın siyasi ritorikasına əsaslanaraq “azərbaycanlı”  adlandırır.

Eyni məqalədə A. Nikonorov Gəncəsər katolikosluğunun adını özbaşına Azərbaycanlaşdırılmış “Gyancasar” formasında işlədir ki, bu da tarixi reallığın və kilsə ənənəsinin kobud təhrifidir.

Bu, erməni irsinin albaniyalaşdırılmasının Azərbaycan strategiyasının bir hissəsidir.

Bir sıra nəşrlərdə Nikonorov oxucunu çaşdırmaqla Erməni Həvari Kilsəsini “monofizit” (2025, cild 4, nömrə 2, səh. 84-85) adlandırır, halbuki məlumdur ki, monofizitlik bidət (sapqın təlim) olub, Erməni kilsəsinin onunla heç bir əlaqəsi yoxdur.

Öz nəşrlərində və tərcümeyi-halında Nikonorov özünü “kilsə tarixi doktoru”  kimi təqdim edir, baxmayaraq ki, Papalıq Şərq Universitetinin 15 may 2025-ci il tarixli rəsmi məktubu onun belə dərəcə almadığını təsdiqləyir; bu, redaktorları və akademik ictimaiyyəti çaşdırır.

“Geğard”təhlil-tədqiqat fondu:

Nikonorovun nəşrlərinin çıxarılmasını tələb edir,

Redaktorlardan faktiki və ilkin mənbələr əsasında aydınlaşdırma təmin etmələrini tələb edir,

Rus Pravoslav Kilsəsinə müraciət edərək bu məsələnin müzakirəsini və keşiş Alekseyin (Nikonorov A.V.) yuxarıda göstərilən hərəkətlərinə qiymət verilməsini xahiş edir.

 Çünki onlar erməni və rus kilsələri arasında mövcud olan isti münasibətləri pozur, ruhaninin rütbəsinə böhtan atır.

Əks təqdirdə, fond özünə erməni xalqının tarixi və mədəni irsini qorumaq və tarixi həqiqəti bərpa etmək üçün akademik və kilsə rəhbərliyi orqanlarına müraciət etmək hüququnu qoruyur” – deyə bəyanatda bildirilir.

Daha çox göstər
Back to top button