BaşlıcaTəhlil

Azərbaycan tarixçisi: “Ermənilər azərbaycanlılardan daha keyfiyyətli binalar tikirlər”

Qarabağda möhkəm binalar sökülür, büdcəni oğurlayalar aşağı keyfiyyətli binalar tikir. Bu barədə sosial şəbəkələrdə azərbaycanlı tarixçi Tural Həmid yazıb.

O, bildirib ki, 2022-ci ilin avqustunda istifadəyə verilmiş Şuşa-Laçın yolu bir ildən sonra dağılıb və buna görə heç kim məsuliyyətə cəlb olunmayıb.

“Orta yaşlı insanlar bilirlər ki, ermənilər tikməyi bacarır və Qarabağ ətrafında (həmçinin Qazaxda) evlərin çoxunu erməni ustaları tikib.

Çoxumuz bilirik ki, ermənilərin tikdiyi binalar azərbaycanlıların tikdiyi binalardan müqayisəolunmaz dərəcədə keyfiyyətlidir. Onlar burada olduğu kimi tikinti materiallarını oğurlamır, qiymətləri süni şəkildə qaldırmır, sistemli korrupsiya yoxdur.

Elə belə də olmalıdır və minlərlə bəhanə ilə binalar sökülməməlidir” – deyə o, qeyd edib.

Daha çox göstər
Back to top button