İctimaiyyət
Azərbaycan vətəndaşları Gürcüstanda saxta avro dəyişdiriblər

Gürcüstanın Marneuli şəhərinin polisi saxta əskinasları dəyişdirməkdə şübhəli bilinən iki Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlar 59 yaşlı S.M. və 32 yaşlı M.M. Onlar külli miqdarda saxta əskinasların dəyişdirilməsi ilə bağlı ilkin razılaşmada ittiham olunurlar.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər “Qırmızı Körpü” keçid məntəqəsinin yaxınlığındakı valyutadəyişmə məntəqəsində nominal dəyəri 500 avro olan 7 ədəd saxta əskinas dəyişdiriblər. Əskinaslar maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. Həbs olunanları 10 ilə qədər həbs gözləyir.







