BaşlıcaSiyasət

The War Zone” Azərbaycan Ukraynaya təkcə qırıcılar deyil, həm də bombalar və minaatanlar ötürmüş ola bilər”

Sübutlar ortaya çıxıb ki, Ukrayna MiQ-29 qırıcılarının parkı gözlənilməz mənbədən – Azərbaycandan tamamlamağa nail olub. Bu barədə The War Zone portalı məlumat yayıb.

“Son günlər sosial şəbəkələrdə yayılan fotoda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus təkoturacaqlı MiQ-29 təsvir olunub.

Təyyarə Azərbaycan tərəfindən istifadə edilən xarakterik kamuflyaj sxemi ilə boyanıb. Bu sxemdə mavi, boz və bənövşəyi-boz rənglər birləşdirilir” – deyə portal yazır.

İstisna edilmir ki, Azərbaycan “qeyri-rəsmi” şəkildə Ukraynaya yüksək dəqiqlikli bombalar, minaatanlar və yanacaq da təqdim edib.

Daha əvvəl “Воевода вещает” portalı Ukrayna tərəfdən müharibəyə Azərbaycanın birbaşa iştirakına dair növbəti sübutlardan yazmışdı.

Daha çox göstər
Back to top button