
UEFA-ın “Facebook” səhifəsində Portuqaliya milli futbol komandasının hücumçusu Kriştianu Ronaldo və erməni uşağının iştirak etdiyi video yayımlanıb.
Videoya UEFA-nın “Facebook” səhifəsində aşağıdakı yazı əlavə edilib:
“Keçən həftənin ən yaxşı azarkeş anı. Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan-Portuqaliya oyunundan əvvəl Ermənistanın talismanı Ruben və Kriştianu Ronaldo arasında təsirli söhbət”.
Bundan əvvəl Kriştianu Ronaldo “Instagram” səhifəsində erməni uşağı Rubenlə birgə çəkildiyi videoyə yerlədirib və yeni bir dost qazandığını vurğulayıb.
Video sosial şəbəkələrdə geniş yayılıb tapmışdı.







