
Xarici İşlər naziri Ararat Mirzoyan Ermənistanın Azərbaycanla münasibətlərinə və blokadanın aradan qaldırılması ilə bağlı davam edən danışıqlara toxundu.
Alınan məlumata görə, Parlamentdə hökumət üzvləri ilə sual-cavab zamanı Mirzoyan Vaşinqtonda imzalanan bəyannaməni və sülh müqaviləsinin ilkin imzalanmasını ən vacib hadisələr kimi qiymətləndirdi.
Mirzoyan qeyd etdi ki, sülhün bərqərar olması uzunmüddətli prosesdir və qayğı, ehtiyat və ardıcıllıq tələb edir.
“Bu gün biz Azərbaycanla dəmiryolu və digər infrastruktur layihələri, o cümlədən birgə layihələr baxımından blokadanın aradan qaldırılması istiqamətində işləyirik, sərhədin delimitasiyası prosesində xəbərlər ola bilər” – deyərək Mirzoyan əlavə etdi ki, müzakirələr həm də amerikalı həmkarlarla, xüsusilə dəmiryolu və digər infrastruktur layihələri baxımından davam edir.
Xİ naziri vurğuladı ki, əsirlərin və girov götürülmüş şəxslərin azad edilməsi, həmçinin itkin düşənlərin taleyinin aydınlaşdırılması kimi humanitar məsələlərin həlli ilk növbədə önəmlidir.
Onun sözlərinə görə, sülh müqaviləsi imzalandıqdan sonra da problemlər qalmaqda davam edəcək, lakin eskalasiya və kəskin münaqişə riskləri hazırda minimuma endirilib.







