BaşlıcaSiyasət

Sərdar Qılıç: “Erməni tərəf Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır”

Türkiyənin və Ermənistanın münasibətlərinin tənzimlənməsi prosesinin xüsusi nümayəndəsi, səfir Sərdar Qılıç erməni tərəfin sərhədin açılmasına müsbət yanaşdığını bildirib.

Bu barədə Anadolu agentliyi məlumat yayıb.

“Bəzi layihələrin həyata keçirilməsindən əvvəl bir sıra texniki işlərin görülməsi zəruridir, biz isə niyyətlərlə bağlı problem yaşamırıq” – deyə o qeyd edib.

İğdırə səfər edən və Ermənistanda bir sıra görüşlər keçirəcək olan Qılıç, müəyyən vaxtı İğdır valisi Erkən Turanın ofisində keçirib.

Səfir Qılıç jurnalistlərə etdiyi açıqlamada, onunla Ermənistandakı xüsusi nümayəndə arasında müəyyən işlər görüldüyünü bildirib:

“Biz bu imkanları müzakirə edəcək və iki ölkə, xüsusilə də bu regionun iqtisadi həyatı üçün nəyin edilə biləcəyini müəyyən edəcəyik”.

“Zəngəzur dəhlizi” nin fəaliyyətinin əhəmiyyətini vurulayaraq, Qılıç əlavə edib:

“Bu rabitə xətti xüsusilə vacibdir. Zəngəzur xətti təkcə Ermənistan və Türkiyə üçün deyil, həm də bütün Mərkəzi Asiya və türk respublikaları üçün – yeni imkanların açılması baxımından əhəmiyyətlidir.

 Türkiyə prezidentinin tapşırıqlarına uyğun olaraq, qısamüddətli perspektivdə bu xətti açmaq və iki ölkənin iqtisadiyyatlarına, xüsusilə də İğdır və Karsın inkişafına töhfə vermək istəyirik”.

Onun sözlərinə görə, erməni tərəf də bu məsələlərə münasibətdə müsbət mövqe tutur.

 “Bu gün onlar sərhədi açmağa hazır olduqlarını bildiriblər. Əlbəttə ki, onlar hər kəs üçün faydalı olan şeylərə qarşı müsbət münasibət daşıyırlar.

Bəzi layihələri həyata keçirməzdən əvvəl bir sıra texniki işlərin görülməsi lazımdır, amma niyyətlər baxımından bizim problemimiz yoxdur” – deyə o, qeyd edib.

İğdır valisi Erkən Turan isə öz növbəsində qeyd edib ki, şəhər üç ölkə ilə həmsərhəddir:

 “Bizim əyalətimizdə bu proses, ümumiyyətlə, həyəcanla qarşılanır. Hörmətli prezidentimizin rəhbərliyi altında bütün həmsərhəd qonşularımızla çox ciddi və konstruktiv danışıqlar aparılıb. Bizim Alican sərhəd keçid punktumuz var və yaxınlarda Zəngəzur dəhlizinə qoşulan 124 kilometrlik Dələcə-Kars dəmir yolunun təməlini qoyduq”.

Qılıç və ona müşayiət edən nümayəndə heyəti Ermənistana Mağara-Alican sərhəd keçid punktundan daxil olacaq və Ermənistanın paytaxtı İrəvanda bir sıra görüşlər keçirəcək” – deyərək  Anadolu  yazır.

Daha çox göstər
Back to top button