Başlıcaİctimaiyyət
”AbzasMedia işi’ üzrə hökmlər müstəqil mediaya davamlı təzyiqin tərkib hissəsidir: AŞPA məruzəçisi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Kristof Lakrua “AbzasMedia işi” üzrə hökmlərin qüvvədə saxlanmasına toxunub.
O qeyd edib ki, müstəqil araşdırmaları, özəlliklə şəffaflıq və hesabatlılıqla bağlı reportajları məhdudlaşdırmaq cəhdləri yaxşı idarəetmənin əsasını sarsıdır. O, Azərbaycanın cəsarətli jurnalistləri və insan hüquqları müdafiəçiləri ilə həmrəy olduğunu, onların fəaliyyətini dəstəklədiyini bildirir.
“Azərbaycan hakimiyyətini mənalı dialoq yoluna qayıtmağa çağırıram. İnsan hüquqlarına hörmət, plüralizmin təşviqi və beynəlxalq tərəfdaşlarla konstruktiv əməkdaşlıq – rifahlı və dinc gələcəyə aparan əsas addımlardır”.







