BaşlıcaSiyasət

Ermənistan Təhsil Fondu Ruben Vardanyan və Veronika Zonabendə təhsilin gələcəyini görən şəxslər kimi “Təhsil Vizyonerləri” mükafatını təqdim edib

Erməni Təhsil idarəsi (Armenian Educational )Foundation özünün 75 illik yubiley təntənəli mərasimində “Təhsilin Gələcəyinin Vizionerləri” mükafatını Ruben Vardanyan və Veronika Zonabendə təhsilin gələcəyinə dair vizyon sahibi şəxslər kimi təqdim etmişdir.

Ruben Vardanyanın Facebook səhifəsində bildirilir ki, Veronika Zonabend mərasimdə iştirak etmiş və bu qiymətli mükafata görə təşəkkürünü həm özü, həm də Azərbaycan həbsxanasında iki ildir saxta ittihamlarla qanunsuz olaraq saxlanılan  həyat yoldaşı Ruben Vardanyan adından bildirmişdir.

Aşağıda Veronika Zonabendin çıxışı təqdim olunur:

“Bu gün burada olmaq və bu nüfuzlu mükafatı Ruben və mənim adımızdan qəbul etmək böyük şərəfdir. Əlbəttə, istəyərdim ki, burada Rubenlə birgə dayanaydıq..

Bu gün sizə müraciət etmək fürsəti verdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Baxmayaraq ki, mən rus-yəhudi ailəsində anadan olmuşam, özümü seçimlə erməni (Armenian By Choice) hesab edirəm.

Rubenin Ermənistanda dəyişiklik ideyasına qarşı eşqi və sevgisi məni də eynisini etməyə ilhamlandırdı. Dünya həqiqətən böyük dəyişikliklər keçirir və bizim bir zaman ümid etdiyimiz sistemlər dağılır.

 Ruben və mən dünyanın sabitliyin nadir olduğu bir hissəsindənik və nəslimmiz əvvəllər də belə zamanlarda yaşayıb. Lakin biz bilirik ki, təhsil hər zaman şəxsi güclənmənin təkanı olub.

Bizim vəziyyətimizdə – mən aviasiya-kosmik mühəndislik, Ruben isə iqtisadiyyat öyrənib – biz təhsilin sahəsinə böyük inam bəsləyirik.

Valideynlərimizdən biz təhsilin əsl dəyərini öyrəndik. O, tək sərvətdir ki, heç kim heç vaxt onu sizdən ala bilməz. Nə bilik, nə də dəyərlər bizdən alına bilməz.

Baxmayaraq ki, ermənilər uzun müddətdir ki, bütün dünyaya səpələniblər, yalnız birlik və bilik ötürmə yolu ilə bir-birimizlə əlaqəli qalırıq.

 Təhsil və ortaq dəyərlər bir-birimizdən nə qədər uzaq yaşadığımızdan asılı olmayaraq bizi bağlayan görünməz iplərdir.

Bu gün bir daha yeni bir dövrün astanasında dayanırıq. Ancaq dəyişməyən bəzi şeylər var: insani dəyərlər və bizi birləşdirən bağlar.

Erməni Təhsil Fondunun 75 illiyi xalqımızın təhsilə gələcəyə gedən yol kimi verdiyi əhəmiyyətə şahiddir.

Həyatda nə etsəniz də, onu ürəklə və sevgi ilə etməlisiniz, çünki bu sizdən heç kimin ala bilməyəcəyi tək şeydir. İndi isə, Ruben amansız və haqsız şəraitdə azadlıqdan məhrum edildikdə, onun həyatı özü artıq daha yaxşı bir dünyaya olan sarsılmaz inamının şahididir – elə bir dünyaya ki, bilik, təhsil və birliyin gücü üzərində qurulub.

İndi hər vaxtdan daha çox, biz dəyişikliklər qarşısında birlikdə dayanmalı, dünyaya sabitlik gətirməyə çalışmalı və biliklərimizi, təcrübələrimizdən çıxardığımız dərsləri növbəti nəslə ötürməliyik, çünki məhz onlar bizi sabahın qeyri-müəyyənliyindən çıxaracaqlar.

Gəlin birləşək və özümüzə öyrətməyi, öyrənməyi və birlikdə olmağı vəd edək. Bu şərəfə görəsə təşəkkür edirəm”.

Daha çox göstər
Back to top button