
Türkiyə Xarici işlər naziri Hakan Fidan bildirib ki, Ermənistan və Azərbaycan yekun sülh sazişini imzaladıqdan sonra Türkiyə də Ermənistan ilə münasibətlərini tənzimləmək üçün addımlar atmağa başlayacaq.
Mətbunun yaydığı xəbərə görə, o, bu barədə Roma Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda danışıb.
Ölkənin Xarici işlər naziri sözlərini Türkiyənin “Anadolu” agentliyi sitat gətirib:
“Vaşinqtonda imzalanan sənəd yekun deyil, yekun sənədin imzalanması 2026-cı ilin ilk yarısında ehtimal olunur”- deyə Fidan qeyd edib.







