Türkiyə bloqu Ermənistanla bağlı 20 maraqlı faktı təqdim edir
Türkiyənin mutlucicekler.com bloq platforması Ermənistanın tarixi və mədəni unikallığı haqqında diqqətçəkən məqalə dərc edib, ermenihaber.am yazır.
“Ermənistan haqqında 20 maraqlı fakt” başlıqlı məqalədə bu Qafqaz ölkəsinin qədim tarixi, təbii gözəlliyi və mədəni zənginliyi ilə seçildiyi qeyd olunur.
Məqalənin müəllifi Uğurcan Bal yazır: “Dünyanın ən qədim sivilizasiyalarından birinin beşiyi olan Ermənistan özünəməxsus adət-ənənələri, tarixi-mədəni irsi ilə diqqəti cəlb edir”.
Sonra o, bilmək üçün vacib hesab etdiyi qiymətli məlumatları sadalayır.
- Dünyanın ilk xristian dövləti
Ermənistan 301-ci ildə xristianlığı dövlət dini kimi qəbul edən ilk ölkə olub.
- Ağrı dağının simvolu
Ağrı dağı Türkiyədə yerləşsə də, ermənilər üçün müqəddəs simvoldur və Ermənistanın dövlət gerbində əks olunub.
- Erməni əlifbasının yaradıcısı
Mesrop Maştots 405-ci ildə bu gün də istifadə olunan və 39 hərfdən ibarət olan erməni əlifbasını yaradıb.
- Ən qədim məbədlərdən biri
Eçmiədzin Ana Katedrali IV əsrdə tikilib və dünyanın ən qədim xristian məbədlərindən biri hesab olunur.
- Şərab cənnəti
Ararat vadisinin şərabçılıq tarixi təxminən 6000 il əvvələ gedib çıxır. Dünyanın ən qədim şərab zirzəmiləri burada aşkar edilib.
- Milli simvol olan nar
Nar bolluğu, məhsuldarlığı və ölməzliyi simvolizə edən Ermənistanın milli simvollarından biridir. Onun erməni mədəniyyətində özünəməxsus yeri var.
- Məşhur duduk
Ənənəvi erməni musiqi aləti duduk YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
- Tatev kanat yolu
Uzunluğu 5,7 km olan Tatev Monastırına gedən kanat yolu, dünyanın ən uzun iki yollu kanat yollarından biridir.
- Tarixi monastırlarla zəngin ölkə
Ermənistanda dağlarda gizlənmiş yüzlərlə tarixi monastır və kilsə var.
- Çarpaz daş sənəti
Xaç naxışlı daş abidələr “xaçkarlar” kimi tanınır. Onlar Ermənistanda ən nadir sənət növlərindən biridir.
- Əlyazmaların zənginliyi
Matenadaran dünyada orta əsr əlyazmalarının ən böyük və ən qiymətli kolleksiyalarından birinə malikdir.
- Dolma – sevimli yemək
Dolma UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş erməni mətbəxinin sevimli yeməyidir.
- Kiçik, lakin tarixi ölkə
Ermənistan ərazi baxımından kiçik olsa da, köklü tarixi ilə dünyanın ən qədim sivilizasiyalarından biridir.
- Müstəqillik günü
Ermənistan 1991-ci il sentyabrın 21-də SSRİ-dən ayrılaraq müstəqilliyini elan edib.
- Dünya şöhrətli brendi
Ararat brendi dünyaca məşhurdur. Uinston Çörçillin sevimli içkilərindən biri idi.
- Sevan gölü
Sevan Qafqazın ən böyük gölüdür və onu tez-tez “Ermənistanın mirvarisi” adlandırırlar.
- Paytaxt Yerevan
Yerevan eramızdan əvvəl 782-ci ildə yaradılıb və dünyanın ən qədim şəhərlərindən biri hesab olunur.
- Diaspora və musiqi
“System of a Down” qrupunun üzvləri kimi bir çox dünya şöhrətli sənətçilər erməni diasporunun nümayəndələridir.
- Yerevanın çəhrayı daşları
Yerevanın binaları çəhrayı tuf daşından tikilir, buna görə də şəhəri çox vaxt “çəhrayı şəhər” adlandırırlar.
- Süfrə ənənəsi
Erməni süfrəsi qonaqpərvərliyin simvolu hesab olunur. Yemək adətən ailə ilə, uzun söhbətlər zamanı yeyilir.
Məqalə müəllifi səyahət həvəskarlarına müraciət edərək deyir: “Əgər siz sizi keçmişlə birləşdirəcək və səmimi qonaqpərvərlik təqdim edəcək bir istiqamət axtarırsınızsa, Ermənistanı səyahətlər siyahısına daxil etməyə dəyər”.







