
Hakim “KP” (“Vətəndaş Müqaviləsi”) fraksiyasının katibi Artur Hovhannisyan sentyabrın 15-də Ermənistan Parlamentində ənənəvi brifinqlər zamanı bildirib ki, Ermənistan–Türkiyə münasibətlərində imitasiya yoxdur, necə ki, çoxları iddia edir.
Deputat Ermənistan–Türkiyə münasibətlərində irəliləyişin olmaması ilə bağlı bəyanatlara təəccübləndiyini vurğulayıb.
“Müzakirələr kifayət qədər pozitiv atmosferdə keçirilib. Dərc olunmuş mətbuat açıqlamasında Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə aparılan danışıqların nəticələri ümumiləşdirilib.
Biz ümid edirik ki, türk tərəfdaşlarımızla münasibətlər əvvəlcədən açıq müzakirə edilən məntiq çərçivəsində inkişaf edəcək və əldə olunmuş razılaşmalar praktik olaraq həyata keçiriləcək” – deyə Hovhannisyan qeyd edib.
Eyni zamanda o, əlavə edib ki, artıq səsləndirilmiş fikirlərdən əlavə nəsə deyə bilməz.







