BaşlıcaEkonomika

Rusiyada planlaşdırılan təmir işləri ilə əlaqədar Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq

RF Stavropol bölgəsində aparılacaq planlı təmir işləri ilə əlaqədar olaraq, Ermənistanın təbii qazla təminatı müvəqqəti dayandırılacaq – bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.

“16 sentyabr saat 09:00-dan 26 sentyabr saat 09:00-dək Rusiyanın Stavropol bölgəsində “Şimali Qafqaz–Zaqafqaziya” magistral qaz kəmərində (DN 1400) planlı təmir işləri aparılacaq ki, bu səbəbdən həmin qaz kəməri vasitəsilə Ermənistana təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.

Göstərilən müddət ərzində ölkənin istehlakçılarının fasiləsiz və etibarlı qaz təchizatı daxili ehtiyatlar və İran İslam Respublikasından gətiriləcək əlavə təbii qaz həcmləri hesabına məhdudiyyətsiz şəkildə təmin ediləcək” –  deyərək  məlumatda qeyd olunur.

Daha çox göstər
Back to top button