BaşlıcaSiyasət

Aİ “Dayanıqlılıq və İnkişaf Proqramı” vasitəsilə Ermənistanın hərtərəfli təhlükəsizliyinə sərmayə qoyur

Aİ “Dayanıqlılıq və İnkişaf Proqramı” vasitəsilə Ermənistanın hərtərəfli təhlükəsizliyinə sərmayə qoyur. Mesaj Avropa İttifaqının Ermənistandakı ofisinin Facebook səhifəsində dərc olunub.

Mesajda Aİ səfiri Vasilis Maraqosun “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq 2025” beynəlxalq konfransındakı çıxışı təqdim edilir.

“Demokratiyanın, möhkəmliyin, eləcə də dövlət və özəl sektorun gücləndirilməsi daha güclü Ermənistan qurmaq üçün vacibdir.

Avropa İttifaqının səfiri Vassilis Maraqos Qadın və Qlobal Təhlükəsizlik Arxitekturasının (QQTA) təşkilatçılığı ilə keçirilən “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq 2025” beynəlxalq konfransında çıxış edərkən bu fikri vurğulayıb.

Bizim nümunəmiz qarşılıqlı əlaqə sahəsidir. Avropa İttifaqı strateji infrastruktur layihələrinə, xüsusilə Şimal-Cənub marşrutuna və Gürcüstanla elektrik enerjisi ticarətinin genişlənməsinə töhfə verəcək Qafqaz Elektrik Şəbəkəsinə sərmayə qoyur.

Konfransın səmərəli təşkilinə və dəvətə görə QQTA-ya təşəkkür edirik”, – məlumatda deyilir.

Daha çox göstər
Back to top button