BaşlıcaMədəniyyət

Avqustda  Ermənistana  334 min 396 turist  ziyarət edib

2025-ci ilin avqustunda Ermənistana 334 min 396 turist səfər edib. Alınan məlumata görə, bu barədə Ermənistan İqtisadiyyat nazirliyinin Turizm Komitəsi xəbər verib.

Ötən ilin eyni dövründə Ermənistana gələn turistlərin sayı 300 min 919 nəfər olub.

2025-ci ilin yanvar–avqust aylarında Ermənistana ən çox turist Rusiyadan (41%), Gürcüstandan (13%) və İrandan (8%) gəlib.

İlin əvvəlindən bu günə qədər Ermənistana ümumilikdə 1 milyon 505 min 123 turist səfər edib.

Daha çox göstər
Back to top button