BaşlıcaEkonomika

OC MEDIA: “Türkiye son həftlərdə Azərbaycanlı taksi sürücülərinin İğdır’a girişinə icazə vermir”

Türkiyənin son həftlərdə Azərbaycanlı taksi sürücülərinin İğdır’a girişinə icazə vermədiyi Open Caucasus Media tərəfindən, Naxicevanda fəaliyyət göstərən sosial xəbər səhifələrindən birinə istinadən bildirilib.

Qeyd edilir ki, qaydaları pozan sürücülər cərimələnir, onların maşınları isə 15 gün müddətinə cərimə meydançalarına aparılır.

Yazıda həmçinin son günlərdə Türkiyədə onlarla Naxicevanlı taksi sürücüsünün həbs olunduğu bildirilir.

Sürücülər qeyd ediblər ki, Türkiyə hakimiyyət orqanlarının qərarının səbəbi İğdır-Dilucu keçid nöqtəsi zonasında işləyən minik avtobusları sürücülərinin şikayətləridir.

Onlar sərnişinlərin keçid nöqtəsindən Türkiyəyə daşınmasında Türkiyəyə məxsus nəqliyyat vasitələrindən istifadə olunmasını tələb edirlər.

Azərbaycan hakimiyyəti hələ ki, məlumatı şərh etməyib.

Daha çox göstər
Back to top button