BaşlıcaSiyasət

Riter: “Azərbaycan tərəfindən dezinformasiya səngiyib, onlar bunu may ayından dayandırıblar”

“Biz bura gələndə əhalinin gözləntilərini idarə etməyi bacardıq.. Hamı düşünürdü ki, biz müdafiə qüvvəsiyik, AB-nin müdafiəçi qüvvəsiyik, hansı ki gəlir Ermənistanı müdafiə etməyə.Biz aydınlaşdırdıq ki, axı bu, bizim funksiyamız deyil”.

Bu barədə sentyabrın 15-də “Əhatəli təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Riter çıxışı zamanı deyib.

“İndi artıq insanlar bilirlər biz niyə buradayıq və nə edə bilərik. Biz AB-nin müşahidə missiyasıyıq, hansı ki fəaliyyət göstərir bir ölkədə, hansı qalır KTMT-nin üzvü, harada ki Rusiya qoşunları var və Azərbaycanla münaqişə mövcuddur, həm də Azərbaycan bizimlə əməkdaşlıq etmək istəmir.

Busa, bizim  missiyamıza qarşı çoxsaylı dezinformasiya kampaniyalarına səbəb olur. Həmişə buna cavab vermək asan olmur , biz müəyyən mexanizmlər tapmışıq buna reaksiya vermək üçün.

 Bu, bizim üslubumuz deyil ki, əgər bizim haqqımızda pis söz deyirsənsə, biz də sənin haqqında pis söz deyək.

Hazırda Azərbaycan tərəfdən dezinformasiya səngiyib, onlar bunu may ayından dayandırıblar. Bizim hələ də Rusiya ilə problemlərimiz var, amma bu anda vəziyyət yaxşı görünür” – deyə o, bildirib.

Daha çox göstər
Back to top button