
Sentyabrın 17-də Haaqada Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Beynəlxalq Cinayət Məhkəməsinin sədri Tomoko Akane və Baş katib Osvaldo Zavala Giler ilə görüşüb.
Ermənistan Xarici İşlər nazirliyindən verilən məlumata görə, tərəflər Ermənistan ilə BCM arasında əməkdaşlıq, beynəlxalq hüquq normalarına riayət olunması və qanunun aliliyinin təmin edilməsinə yönəlmiş beynəlxalq səylərdə iştirak məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin Roma Statutunun müddəalarına uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan işlərə, eləcə də potensialların inkişafı üçün mövcud imkanlara toxunulub.
Nazir Mirzoyan Məhkəmənin fəxri qonaqlar kitabına qeydlər edib.








