
Ermənistan İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyan rəsmi olaraq Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə humanitar məsələlər üzrə apolitik ünsiyyət təklif etsə də, heç bir cavab almamışdır.
Bu haqda“Sivilnet”ə yazılı cavabda bildirilir:
“Müdafiəçi seçildikdən dərhal sonra Anahit Manasyan rəsmi surətdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə – apolitik və müstəqil orqanlar kimi – humanitar və insan hüquqları ilə bağlı məsələlər üzrə əlaqə saxlanılmasını təklif etmişdir.
Bu baxımdan Azərbaycan tərəfindən heç bir cavab alınmamışdır. Əgər ictimailəşdirilməli yeni məlumat yaranarsa, onu əlavə şəkildə təqdim edəcəyik”.
Müdafiəçinin ofisindən həmçinin açıqlanıb ki, Azərbaycanda qanunsuz həbsdə saxlanılan ermənilərin hüquqları ilə bağlı məsələlər və hazırkı narahatlıqlar Ermənistanın səlahiyyətli dövlət qurumlarına müntəzəm olaraq çatdırılır və müzakirə edilir.
Ofisdən xatırladılıb ki, Müdafiəçinin bu məsələdəki mandatı məhdud xarakter daşıyır.
Xüsusilə, o:Dövlət adından danışıqlar aparmağa səlahiyyətli deyil
Beynəlxalq məhkəmələrdə təmsilçilik edə bilməz
Digər dövlətlərin orqanları tərəfindən hüquq pozuntularını sənədləşdirə bilməz
Müdafiəçi Azərbaycanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ofisinin fəaliyyətinin dayandırılması ilə bağlı ciddi narahatlığını ifadə edib.
Vurğulanıb ki, alternativ effektiv mexanizmlərin olmaması şəraitində bu addım “bütün, o cümlədən qeyd olunan fundamental hüquqların qorunması baxımından risklər daşıya bilər”.
Müdafiəçinin ofisi bildirib ki, ailələr yaxınlarının fundamental hüquqları (həyat, sağlamlıq, işgəncəyə mütləq qadağa və s.) ilə bağlı narahatlıqlardan əlavə, sosial yardım və hüquqi məsləhətlər almaq üçün də müraciət ediblər:
“Əgər məsələ İnsan Hüquqları Müdafiəçisinin mandatına daxildirsə, problem dərhal müvafiq orqana çatdırılır və zəruri tədbirlər görülür.
Məsələn, bir müraciətin müzakirəsi nəticəsində dövlət səlahiyyətli orqanı ilə əməkdaşlıq edərək məsələ tez həll edildi və ailə sosial yardım tədbirlərindən yararlanan tərəf oldu.
Digər bir halda isə Müdafiəçinin dəstəyi ilə tibbi yardım və xidmət göstərildi. Bir sıra hallarda ailələrin bildirdiyi narahatlıqlar dərhal beynəlxalq sahə təşkilatlarına çatdırıldı”.
Müdafiəçinin aparatı bildirir ki, mandat çərçivəsində mövcud olan məhdud vasitələrə baxmayaraq, Müdafiəçi Azərbaycanda qanunsuz həbsdə saxlanılan ermənilərin hüquqları ilə bağlı məsələləri həm beynəlxalq tərəfdaşlara, həm də Ermənistanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüş və müzakirələr zamanı davamlı olaraq təqdim edir. İşlər davamlı xarakter daşıyır.
“Vigen Yeqiqyandan başqa, digər azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı da İnsan Hüquqları Müdafiəçisinin aparatı müxtəlif mənbələrin (o cümlədən KİV-lərin) daimi monitorinqini həyata keçirir.
Nəticədə qeydə alınan məlumat, Müdafiəçiyə müraciət edən ailələrin narahatlıqları ilə birlikdə, xüsusi şəkildə öyrənilir və tərəfdaş beynəlxalq aktorlara çatdırılır”.
“Müdafiəçi beynəlxalq tərəfdaşları qanunsuz saxlanılan ermənilərin fundamental hüquqlarının təmin edilməsi, beynəlxalq hüquq prinsiplərinə riayət olunması və hamının geri qaytarılmasını təmin etmək üçün bütün zəruri vasitələri işə salmağa dəvət edir.
Məsələnin həssaslığı, Müdafiəçinin məhdud mandatı, aparatın “zərər verməmə prinsipi” ilə işləməsinin vacibliyi və sahə beynəlxalq qurumlarının fəaliyyətinin gizli təbiəti nəzərə alınmaqla, yuxarıda qeyd olunan proseslərin məzmunu, bir qayda olaraq, ictimaiyyətə açıqlamır”.
Mənbəyə görə, Müdafiəçi Azərbaycanda qanunsuz saxlanılan bütün ermənilərin hüquqları ilə bağlı məsələləri çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlara (məs: GANHRI, ENNHRI, BQXK, Freedom House, Amnesty International, Human Rights Watch, BMT-nin Xüsusi Prosedurları, bir sıra ölkələrin ombudsman qurumları) müntəzəm çatdırır.
Bundan əlavə, məsələ Ermənistanda akkreditasiya olunmuş bir sıra səfirliklərə və fəaliyyət göstərən beynəlxalq təşkilatlara təqdim edilir.
Qeyd olunur ki, problemlə bağlı daimi əlaqə həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT Baş Katibinin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Şurasının İnsan Hüquqları Komissarı və digər aktorlarla aparılır – onların diqqəti yenidən problemlərə cəlb edilir və vurğulanır ki, sahədə mandatı olan aktorlar məsələnin həlli istiqamətində daha fəal, təcili və layiqli addımlar atmalıdırlar.







