Fransanın erməni müğənnisi Patrik Fiori və “Uşaq səsi” layihəsinin erməni iştirakçısı “Dle Yaman”ın duyğulu ifası ilə tamaşaçıları kövrəltdilər

“Paris Notr-Dam kilsəsi” müziklində kapitan Feb de Şatoper obrazını canlandıraraq dünya şöhrəti qazanan fransaerməni müğənni Patrik Fiori, Fransada keçirilən “Uşaq səsi” müsabiqəsinin erməni iştirakçısı Albertlə birlikdə “Dle Yaman” mahnısını ifa edib.
Onların çıxışı yalnız münsifləri deyil, həm də tamaşaçıları kövrəldib.
Alınan məlumata görə, Albert müsabiqədə duduk müşayiəti ilə çıxış edib. Melodiyanı eşidən kimi Fiori ayağa qalxaraq həyəcanla oğlanın ifasını dinləyib.
Ardınca münsiflər heyətinin digər üzvləri də səhnəyə qoşulub və çevrilərək hansı mahnının səsləndiyini anlamağa çalışıblar. İştirakçı bunun sevgi və həsrəti əks etdirən bir erməni xalq mahnısı olduğunu bildirib.
Albert Fioridən mahnını birlikdə oxumağı xahiş edib. Müğənni əvvəlcə təəccüblənsə də, həmkarlarının təşviqi ilə razılaşıb.
Onların ifası zalı kövrəldib və böyük təəssürat yaradıb. Münsiflər bu dueti sehrli adlandırıblar.







