BaşlıcaSiyasət

Suren Papikyan Pekində Çin Mərkəzi Hərbi Şurasının sədr müavini ilə qeyri-rəsmi görüşlər keçirib

Pekində keçirilən Şanşan forumu çərçivəsində sentyabrın 17-də Ermənistan Respublikasının Müdafiə naziri Suren Papikyan Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini, general-polkovnik Çjan Yusiyanın adından təşkil olunmuş rəsmi çoxtərəfli qəbulda iştirak edib.

 Tədbir çərçivəsində o, Çin Mərkəzi Hərbi Şurasının sədr müavini, general-polkovnik Çjan Yusiya, Müdafiə naziri admiral Dun Szyun və digər yüksək vəzifəli rəsmilərlə qeyri-rəsmi görüşlər keçirib.

Bu barədə Ermənistan Müdafiə nazirliyi məlumat yayıb.

Daha çox göstər
Back to top button