BaşlıcaMədəniyyət

Ermənistan bərəkətli ölkədir, xalqı isə unikaldır. İndoneziyadan 26 qadın səfir erməni mədəniyyəti və tarixi ilə tanış olub

Daha yaxından tanışlıq üçün Ermənistana Cakartada fəaliyyət göstərən Qadınların Beynəlxalq Klubunun 26 üzvdən ibarət nümayəndə heyəti səfər etmişdir.

Heyətin tərkibində dövlət, ictimai, işgüzar dairələrdə tanınmış qadınlar, o cümlədən səfirlərin həyat yoldaşları yer alıb. Onlar Ermənistana İndoneziyada ER-nin səfiri Serob Bejanyanın və onun həyat yoldaşı Anna Hasmikyanın təşəbbüsü ilə gəlmişlər.

Alınan məlumata görə, Ermənistana olan səfərin bütün müddətində onlarla birlikdə səfirin həyat yoldaşı Anna Hasmikyan olub.

Keçən il sentyabrın 21-i münasibətilə Cakartada ER səfirliyi tədbir təşkil etmiş, Ermənistanı təqdim etmişdi. Bundan sonra onlar Ermənistana gəlmək istəyini bildirmişdilər.

Bu gün artıq 26 qadın Ermənistana səfər edib. Onlar əvvəlcədən Ermənistanla maraqlanmış, öyrənmiş və hətta özləri mütləq görmək istədikləri yerləri təqdim etmişlər.

“Yolun uzaqlığına baxmayaraq, mütləq Tatevi də ziyarət etmək istədilər” – dedi Anna Hasmikyan. Nümayəndə heyətinə İndoneziyada Braziliya səfirinin həyat yoldaşı, BMT-də İndoneziyanın nümayəndəsinin həyat yoldaşı, İndoneziyada Perunun keçmiş səfirinin həyat yoldaşı, sahibkar qadınlar, həkim və başqaları daxildir.

Səfərin proqramı zəngindir. Qadınlara həm Ermənistanın tarixi, həm mədəniyyəti, həm də mətbəxi təqdim olunur. Hasmikyan ümid etdi ki, bu səfər Ermənistanı tanımaq, Ermənistana səfər etmək üçün böyük təkan olacaq.

 Qadınlar bu günlərdə sosial şəbəkələrdə Ermənistandan aktiv şəkildə paylaşımlar edirlər. “Böyük ümid edirəm ki, 26 nəfər qayıdacaq və Cakartada çox-çox sayda insan üçün Ermənistanı tanınmaz edəcək.

Səfərin əsas məqsədi Ermənistanı uzaq İndoneziyada tanınmaz etməkdir” – deyə Hasmikyan  qeyd edib. Nümayəndə heyəti Ermənistanda sentyabrın 11-18-də olub.

 Bu günlərdə onlar artıq Ermənistanın bir çox görməli yerlərinə baş çəkə bilmiş, Tətev monastırında bərəkət almış, Qarni məbədində, Gəğard monastırında, Noravankda, Erməni əlifbası abidəsində, Üçkilsədə (Eçmiədzində), Zvərtnots məbədində və başqa yerlərdə olmuşlar.

 Qadınlar həmçinin Erməni Soyqırımı Muzey-İnstitutuna da baş çəkmiş, Erməni Soyqırımının faciəli tarixi ilə tanış olmuş, qurbanların xatirəsini əbədiləşdirən abidə qarşısında gül əklilini qoymuşlar.

Hamı Ermənistanın mədəniyyəti, təbiəti, mətbəxi, meyvələri ilə heyran qalır, lakin ən başlıcası – insanları ilə. “Ermənistan çox gözəl ölkədir. Və çox şadıq ki, Ermənistanda tarixi və mədəni çoxlu yerlər gördük. İnsanlar çox xeyirxah və dostanədir. Yemək də mükəmməldir.

Bu gün konyak (brendi) zavoduna da baş çəkmişik, o möhtəşəm idi. Biz bilmirdik ki, Ermənistan konzəklə bu qədər məşhurdur” – deyə  Cakartada Qadınların Beynəlxalq Klubunun sədri Naznin Kubçandanın.

O, qeyd etdi ki, İndoneziyada danışacaqlar ki, Ermənistanda insanlar çox dostanə və xeyirxahdır.

“Hər şey çox yaxşı təşkil olunub, yollarınız, görməli yerləriniz çox təmizdir.

 Biz həmçinin görürük ki, siz erməni olmaqdan çox fəxr edirsiniz, mədəniyyətiniz və tarixinizlə çox fəxr edirsiniz və bu mövqe bütün millətlər üçün nümunə olmalıdır” – deyərək  klubun sədri əlavə etdi ki, səfər İndoneziyada Ermənistan səfiri və onun həyat yoldaşının sayəsində mümkün olub.

Cakartada Qadınların Beynəlxalq Klubunun sədr müavini Meri Ann Vicayan qeyd etdi ki, Ermənistanla, Ermənistanın insanları ilə çox təəccüblənib və heyran qalıb.

“O dünyanın böyük şəhərləri kimi tanınmış istiqamət deyil, lakin Ermənistan çox unikaldır. Biz Gümrüyə, Üçkilsəyə (Eçmiadzinə), Tatev monastırına baş çəkmişik. Hər şey elə tarixidir, deyərdim ki, ruhumun dərinliklərinə işləyib” –   deyə o, qeyd edib.

 Sədr müavini vurğuladı: “Erməni Soyqırımının tarixi, həqiqətən, çox təsir edicidir. Eyni şey indi də baş verir, hətta bu dövrdə də. Amma deyə bilərəm ki, erməni xalqı güclüdür və, həqiqətən,həddindən  çox-çox unikal xalqdır.

Və bilirəm ki, Allah sizin ölkənizi sevir. Siz həqiqətən bərəkətləndirilmişsiniz. Torpağınız, təbiətiniz… Allahın əli bu ölkə üzərindədir. Biz İndoneziyaya qayıdacaq və dostlarımıza danışacağıq.

Biz xalqımıza danışacağıq. Biz daha çox insanı Ermənistana gətirəcəyik”.

İndoneziyada Braziliya səfirinin həyat yoldaşı Miriam Prata da Ermənistan barədə öz heyranlığını bildirdi və İndoneziyada Ermənistan səfirinə və onun həyat yoldaşına təşəkkür etdi.

“Sizin ölkəniz çox gözəldir və olduqca füsünkardır,siz onunla çox fəxr etməlisiniz. Bizi burada qəbul etdiyiniz üçün təşəkkürlər” –  deyə o, fikrini belə yekunlaşdırdı.

Daha çox göstər
Back to top button