
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır. Bununla yanaşı, Yerevanın təşkilata iştirakını dondurduğu barədə bəyanatları əsas götürülür.
TASS-a istinadən verilən məlumata görə, bu barədə Rusiya Xarici İşlər nazirliyinin MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Mixail Ağasandyan bildirib.
“Biz əsas götürürük ki, Ermənistan KTMT-nin üzvü olaraq qalır və bununla bağlı bütün öhdəliklərə və hüquqlara malikdir.
Ermənistan özü təşkilat tədbirlərində iştirak formatını müəyyən etməlidir – heç nə məcburi deyil. Biz Ermənistan rəhbərliyinin ifadə etdiyi mövqedən çıxış edirik –Yerevanın təşkilatın işlərində iştirakı “dondurulub”– deyə diplomat vurğulayıb.
Ağasandyana həmçinin sual verilib ki, Ermənistan KTMT-nin işlərində iştirakını bərpa etmək barədə məlumat veribmi?
“O düşünürəm ki, KTMT-nin işlərində Yerevanın iştirak məsələsini məhz Yerevana ünvanlamaq lazımdır. Siz Ermənistanın rəsmi mövqeyini bilirsiniz – bu dəfələrlə bəyan olunub.
Hələlik, mənim bildiyimə görə, dəyişiklik yoxdur” – deyə rəsmî əlavə edib.







