BaşlıcaSiyasət

ABŞ Nümayəndələr Palatasının komitəsi Bakıya çağırış edib ki, erməni hərbi əsirləri azad etsin və erməni mədəni-dini irsini qorusun

Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi Dövlət Departamentinin 2026-cı maliyyə ili üçün sanksiyalar haqqında qanun layihəsinə düzəlişləri qəbul edib.

 Bu düzəlişlər Dövlət katibliyini Bakıda saxlanılan erməni hərbi əsirlərin azad olunmasını təmin etməyə, Dağlıq Qarabağda erməni dini və mədəni irsinin qorunmasına, habelə zorla didərgin salınan insanların geri qayıtmaq hüququnun dəstəklənməsinə çağırır.

Alınan məlumata görə, bu haqda Amerika nın Hay Dat Komitəsi (ANCA) yayıb.

Məlumatda bildirilir ki, ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi iki partiyanın dəstəyi ilə möhkəm mövqe nümayiş etdirib – ermənilərin Qarabağa qayıdışı, erməni girovların azad olunması və xristian müqəddəs yerlərinin qorunması lehinə.

Müzakirələr zamanı konqresmen Qeyb Amo vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh yolunda humanitar məsələlərin qaldırılması və həlli də mühüm əhəmiyyət daşıyır.

O, bildirib: “Erməni dini və tarixi abidələri dağıdılmağa davam edir. Erməni hərbi əsirlər hələ də Azərbaycanda saxlanılır. 120 mindən çox erməni qaçqını hələ də Qarabağdakı evlərinə təhlükəsiz şəkildə qayıda bilmir”.

Komitə həmçinin Konqresin Erməni Məsələləri üzrə komitəsinin sədr müavini Bred Şermanın təklif etdiyi düzəlişləri də müzakirə edib.

Bu düzəlişlər prezidentin Azərbaycana ABŞ hərbi yardımını qadağan edən maddədən imtina etmək səlahiyyətlərini ləğv etməyi nəzərdə tuturdu.

 Digər bir düzəlişlə isə ABŞ beynəlxalq şirkətlərinə Türkiyənin layihələrini maliyyələşdirməyi qadağan etmək təklif olunmuşdu – ta ki, Türkiyə Ermənistanı blokadadan çıxarana qədər.

Konqresin Erməni Məsələləri üzrə komitəsinin sədr müavini Bred Şermanın təklif etdiyi düzəlişlər az səs fərqi ilə qəbul olunmayıb, lakin komitənin iclasında geniş müzakirəyə səbəb olub.

Daha çox göstər
Back to top button