BaşlıcaSiyasət

İİR-də ER-nın səfirinin İRNA agentliyinə müsahibəsi: “Ermənistan-İran münasibətlərinin böyük gələcəyi var”

İran İslam Respublikasında Ermənistan Respublikasının səfiri Qriqor Hakobyan, İranın İRNA xəbər agentliyinə müsahibə vermişdir. Ermənistanın müstəqilliyinin 34-cü ildönümünə həsr olunmuş müsahibəni tam şəkildə təqdim edirik.

Jurnalist: -Salam, cənab səfir.

Səfir: – Salam

Jurnalist:  – Ermənistan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və erməni xalqını təbrik edir, ən xoş arzularımı ötürürəm.

Səfir:  – Çox təşəkkür edirəm. Bu fürsətdən istifadə edərək, bizim Müstəqillik Günümüz münasibətilə sizi təbrik etməyə və bu münasibətlə İRNA xəbər agentliyi ilə müsahibə imkanı verdiyiniz üçün təşəkkürümü bildirməyə icazə verin.

SUAL: – Cənab səfir, bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm. İran-Ermənistan münasibətləri ilə bağlı maraqlanmaq istərdim. İki ölkə arasındakı münasibətlərə dair sizin qiymətləndirməniz nədir?

CAVAB:  – Mən bu imkan üçün təşəkkür edirəm. İran, Ermənistanın müstəqilliyindən sonra onu tanıyan ilk ölkələrdən biri idi və Ermənistanın müstəqilliyindən bəri, əgər bu münasibətlərin inkişaf dinamikasına geriyə baxsaq, onlar daim dostluq, qarşılıqlı hörmət və etimad mühitində inkişaf etmiş və bu gün ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək istiqamətində möhkəm təməl təşkil edir.

Ermənistan və İran xalqları əsrlər boyu davam edən mədəni və tarixi bağlarla bağlıdır və bunun əsasında biz bu gün bütün sahələrdə ikitərəfli münasibətlərimizi inkişaf etdirə bilirik.

Biz İranla dostluq və qonşuluq münasibətlərinə malikik. Regionumuzun şəraitində belə münasibətlərə malik olmaq çox vacibdir və biz hər iki tərəf mövcud əməkdaşlığı və münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək üçün böyük səylər göstəririk.

SUAL: – Son dövrdə İran və Ermənistan münasibətləri strateji səviyyəyə qaldırmaq barədə bəyanat vermişlər. Sizin fikrinizcə, bu məqsədə çatmaq üçün hansı vasitələr mövcuddur?

CAVAB:  – Bəli, sizin də qeyd etdiyiniz kimi, iki ölkənin rəhbərləri münasibətləri strateji səviyyəyə qaldırmaq barədə aydın iradə bildirmişlər və həqiqətən də, əgər Ermənistan-İran münasibətlərinin bütün spektrinə və əməkdaşlıq sahələrinə baxsaq, onları strateji xarakterdən başqa cür təsvir etmək mümkün deyil.

Bu gün ikitərəfli əməkdaşlıq çərçivəsində olan sahələr – iqtisadi, siyasi, mədəni, infrastruktur, energetika – həqiqətən də strateji xarakter daşıyır və həm Ermənistan, həm də İran üçün vacibdir.

Yaxınlarda Prezident Pezeşkianın Ermənistana rəsmi səfəri baş tutdu və biz iki ölkənin rəhbərlərinin birgə bəyanatına şahid olduq.

Bu bəyanatda iki ölkənin rəhbərlərinin münasibətləri strateji səviyyəyə qaldırmaq istiqamətində aydın iradəsi əks olunmuşdu.

Biz bu məqsədə çatmaq üçün fəal addımlar atırıq, buna səfər zamanı bir o qədər sənədin imzalanması da dəlalət edir ki, bu da müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı yeni şəkildə tənzimləyəcək.

SUAL – : İran və Ermənistan regionda hansı qarşılıqlı əməkdaşlığı həyata keçirir və bu əməkdaşlığı inkişaf etdirmək üçün hansı imkanlar var?

CAVAB:  – Regional əməkdaşlıq çərçivəsində, bildiyiniz kimi, İran dəfələrlə və ən yüksək səviyyədə Cənubi Qafqazın özü üçün həyati əhəmiyyətini qeyd etmişdir.

 Bilirsiniz, Ermənistan və İran regionda sülh və sabitlik gündəliyi irəli sürür və aparır, regionda asılı qalmış məsələlərin diplomatik yollarla həlli istiqamətində irəliləyir.

Mən həmçinin suala daha dərindən toxunmaq istərdim ki, daha aydın olsun: avqustun 8-də mühüm sazişlər baş tutdu və bizə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin bərqərar edilməsi barədə sazişin ilkin müqaviləsini hazırlamaq mümkün oldu.

Bu, nəhayət, regionda qeyri-sabitlik və münaqişələr səhifəsini bağlayacaq. Həmçinin bu sazişlər çərçivəsində regional dəhlizlərin blokadasının aradan qaldırılması istiqamətində razılığa gəlmək mümkün oldu.

Bu, dövlətlərin ərazi bütövlüyü, suverenliyi, hüquq səlahiyyətləri və qarşılıqlılıq prinsipləri əsasında həyata keçirilməlidir. Və bu məqamda qeyd etməliyəm ki, Yerevan həmişə İranın Ermənistan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin bölünməzliyinə qətiyyətlə hörmət etməklə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirmişdir.

Ermənistan isə öz növbəsində, balanslaşdırılmış və balanslaşdırıcı xarici siyasətini həyata keçirərkən həmişə İranın həyati maraqlarını və həssaslıqlarını nəzərə almışdır.

SUAL: – Mən əminəm ki, regionda bu yeni reallıqlar şəraitində Ermənistan Respublikası və İran ikitərəfli əməkdaşlığı daha da dərinləşdirə və öz növbəsində regionda daha çox sülhün möhkəmlənməsinə kömək edəcək regional layihələr həyata keçirə bilərlər.

SUAL:  – İki ölkənin iqtisadi əlaqələrinə də toxunmağınızı və bu əlaqələri inkişaf etdirmək üsullarını qeyd etməyinizi xahiş edərdim.

CAVAB: –  Bəli, qeyd etdiyim kimi, ikitərəfli münasibətlərimiz bütün istiqamətlərdə inkişaf edir və hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir. Xüsusilə, qeyd etdiyiniz kimi, iqtisadi əməkdaşlıq da son illər aktiv və dinamik inkişaf yaşayır.

Hər iki tərəfdən ticarət-iqtisadi əlaqələri daha da dərinləşdirmək və inkişaf etdirmək üçün aydın iradə mövcuddur. Bildiyiniz kimi, iki ölkənin rəhbərləri ticarət dövriyyəsinin həcmini əvvəlcə 1 milyard dollar, sonra isə 3 milyard dollara çatdırmaq üçün aydın hədəf qoyublar.

Bu gün təsdiq edə bilərik ki, 1 milyardlıq həddə demək olar ki, çatmışıq və bunun üçün fəal proqramlar və tədbirlər nəzərdə tutulur və həyata keçirilir.

Xüsusilə: sərhəd keçid punktunun yenidənqurulması layihəsi (bu nəqliyyat keçiricilik qabiliyyətinin həcmini artırmağa imkan verəcək), sərhəd üzərində ikinci körpünün tikintisi, enerji sektorunda bir sıra proqramlar. Bütün bunlar ticarət-iqtisadi münasibətlərimizi daha da inkişaf etdirməyə təkan verəcək.

Həmçinin qeyd etməliyəm ki, Ermənistan coğrafi mövqeyi ilə İranla Avrasiya İqtisadi Birliyi (EAİB) arasında əlverişli və unikal körpüdür. Yaxınlarda İranla EAİB arasında sərbəst ticarət sazişinin imzalanmasını da nəzərə alaraq, deyə bilərik ki, bu ticarət-iqtisadi əlaqələrin inkişafı üçün əlavə təkan olacaq.

Həmçinin qeyd etmək lazımdır ki, Prezident Pezeşkianın səfəri zamanı biznes forumu keçirildi, bu forumda baş nazir Nikol Paşinyan və prezident Məsud Pezeşkian şəxsən iştirak etdilər.

Bu da əlavə təkan və stimul idi ki, iki ölkənin sahibkarları, iqtisadçıları, sənayeçiləri, investorları bir platformada toplana və mümkün əməkdaşlıq yollarını müzakirə edə bilərlər.

SUAL: –  “Şimal-Cənub” nəqliyyat dəhlizi İranı Avrasiya İqtisadi Birliyi ilə və Qara dənizlə birləşdirir. Mən bilmək istərdim ki, bu kommunikasiya yolunun tikintisi hansı mərhələdədir və hazırda hansı şərait mövcuddur?

CAVAB: “Şimal-Cənub” nəqliyyat dəhlizi həm Ermənistan, həm də İran üçün çox böyük əhəmiyyət və dəyər daşıyır. Bu istiqamətdə Ermənistanda böyük həcmdə işlər görülür.

Bildiyiniz kimi, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yolunun vacib bir hissəsinin tikintisini İran şirkətləri həyata keçirir.

Yeri gəlmişkən, yaxınlarda mən şəxsən yol tikinti işlərinə şahid olmaq imkanı qazandım, qeyd etməliyəm ki, İranlı həmkarlarımız kifayət qədər iş görürlər və ümid edirəm ki, onların keyfiyyətli və ardıcıl işinin nəticəsində layihəni başa çatdırmaq mümkün olacaq. “Şimal-Cənub” nəqliyyat dəhlizi Ermənistana İran ərazisindən Fars körfəzinə, İrana isə Ermənistan ərazisindən Şimala, Qara dənizə çıxmağa imkan verəcək.

Yeri gəlmişkən, qeyd etməliyəm ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin həyata keçirilməsi Ermənistan Respublikası hökumətinin irəli sürdüyü “Sülh kəsişməsi” (“Crossroads of Peace”) layihəsinin ruhuna və məntiqinə tam uyğun gəlir.

Bu layihə də ərazi bütövlüyü, suverenlik, hüquq səlahiyyətləri və qarşılıqlılıq prinsipləri əsasında həyata keçiriləcək, bu prinsiplərə yeri gəlmişkən, İran da dəstək göstərmişdir.

SUAL:  – Erməni və İran xalqları arasında mədəni baxımdan bir sıra ortaq cəhətlər mövcuddur. Zəhmət olmasa, İran-Ermənistan əməkdaşlığını mədəniyyət sahəsində də təsvir edin və bu qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək üçün hansı imkanların olduğunu qeyd edin.

CVAB: –  Mən söhbətimin əvvəlində qeyd etdiyim kimi, iki ölkənin xalqları əsrlər boyu davam edən möhkəm mədəni bağlarla əlaqəlidir və bu gün də bu münasibətlər dərinləşir və inkişaf edir. Yaxınlarda Ermənistan Respublikasının Təhsil, Elm, İdman və Mədəniyyət nazirinin İrana səfəri baş tutdu.

 Səfər tarixi Şiraz şəhərindən başladı. Burada səfirliyin təşəbbüsü və Ermənistan Respublikası ilə İran rəsmilərinin fəal dəstəyi sayəsində misli görünməmiş bir tədbir baş tutdu.

 İranın əsrlər boyu davam edən mədəniyyət və sivilizasiya irsi hesab edilən Persepolisdə (və ya Təxti-Cəmşiddə) Ermənistanın Milli Filarmonik Orkestrinin misli görünməmiş, tarixi konserti keçirildi. Bu konsert filarmonik orkestrin 100 illik yubileyinə həsr olunmuşdu.

Bu böyük bir tədbir idi və mədəni xarakter daşımaqla yanaşı, iki ölkə xalqları arasında rifah, sülh və bir-birinin mədəni irsinə qarşılıqlı hörmət mövzusunda çox aydın mesaj daşıyırdı.

Bu tədbir həm Ermənistanda, həm də İranda böyük əks-səda doğurdu. Nazirin səfəri zamanı həmçinin bir sıra yüksək səviyyəli görüşlər keçirildi.

Bu görüşlərdə müzakirə olundu və praktiki razılıqlar əldə edildi, xüsusilə mədəniyyət sahəsində – kinematoqrafiya, musiqi, tərcümə, festivallar…

Bütün bu sahələrdə razılıqlar əldə edilmişdir ki, bunların həyata keçirilməsi və reallaşdırılması üçün artıq ardıcıl işlər aparmalıyıq. Səfər zamanı Mesrop Maşdots adına Qədim Əlyazmalar İnstitutunun Tədqiqat Mərkəzi ilə İranın Milli Arxivi və Kitabxanası arasında anlaşma memorandumu imzalandı.

Erməni küncünün açılışı oldu ki, burada Ermənistanın təhsil, mədəniyyət, incəsənət, memarlıq mövzularına aid zəngin ədəbiyyat təqdim edilmişdir.

Səfər zamanı İranın Milli Kinomərkəzi və Voske Tsiran (Qızıl Ərik)  Beynəlxalq Film Festivalının birgə səyləri ilə “Paracanov Günləri” film festivalı da keçirildi.

JURNALİST: – Çox təşəkkür edirəm.

SƏFİR: – Mən təşəkkür edirəm. Həmçinin bütün bunları yekunlaşdıraraq qeyd etmək istərdim ki, Ermənistan-İran münasibətlərinin böyük gələcəyi var və inanıram ki, yaxın gələcəkdə yeni nailiyyətlərin və uğurların şahidi olacağıq ki, bunlar da şübhəsiz ki, hər iki ölkəyə və xalqlara xidmət edəcəkdir.

Daha çox göstər
Back to top button