BaşlıcaSiyasət

Paşinyan: Ermənistanda sistemli korrupsiya 2018-ci ildən aradan qalxıb

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bəyan edib ki, 2018-ci il inqilabından sonra Ermənistanda sistemli korrupsiya aradan qaldırılıb.

Alınan məlumata görə, Baş nazir bu haqda  Ermənistan Demokratiya Forumunun çərçivəsində keçirilən “Ermənistanda demokratiyanın keyfiyyəti: çağırışlar və qiymətləndirmə göstəriciləri” mövzusunda panel müzakirəsi  zamanı qeyd edib.

“Əgər sistemli korrupsiya olsaydı, sizin bildiyiniz bütün korrupsiya hallarında mənim də payım olmalı idi. Mən sizdən soruşa bilmərəm ki, payım var, ya yox, çünki mən özüm bilirəm – var, ya yoxdur.

 Və mən sizə deyirəm – yoxdur,  sistemli korrupsiya Ermənistanda olmayıb və olmayacaq” – deyə Baş nazir bildirib.

Paşinyan qeyd edib ki, korrupsiyaya qarşı hakimiyyətin apardığı mübarizə çox vaxt elə hakimiyyətin özünə qarşı istifadə olunur.

“Ermənistanda belə bir hal olmayıb ki, fəaliyyət göstərən nazir ittiham olunan şəxs qismində prosesə cəlb olunsun, yaxud Şəhərsalma Komitəsinin fəaliyyətdə olan rəhbəri rüşvətə görə həbs olunsun, digər yüksəkvəzifəli şəxsləri demirəm belə” – deyə Ermənistanın Baş naziri vurğulayıb.

Nikol Paşinyan bildirib ki, təəssüf ki, korrupsiya halları dünyanın bütün ölkələrində mövcuddur, lakin Ermənistanda sistemli korrupsiya aradan qaldırılıb.

Daha çox göstər
Back to top button