
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında normallaşma prosesini alqışlayıb.
Armenpress-in məlumatına görə, Qazaxıstan prezidenti bunu BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli debatlar zamanı çıxışında deyib.
“Biz ABŞ prezidentinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını alqışlayırıq. Bu, hətta uzun müddətdir davam edən münaqişələrin də diplomatiya və sağlam düşüncə ilə həll olunduğunun sübutudur. Bu prinsipi rəhbər tutan Qazaxıstan gücə deyil, diplomatiyaya, gərginliyin azaldılmasına və dialoqa üstünlük verir”, – Tokayev bildirib.







