Rusiyalı turistlərin bu yay Ermənistana marağı kəskin artıb

MDB ölkələri arasında 2025-ci ilin yayında mehmanxana sifarişlərində ən böyük artım Qazaxıstanda qeydə alınıb, TASS “Ostrovok” mehmanxana və mənzillərin onlayn bron xidmətinin araşdırmasına istinadən xəbər verir.
“Bu yay MDB ölkələrinə maraq xüsusilə nəzərəçarpacaq dərəcədə artıb. Ötən illə müqayisədə Qazaxıstanda sifarişlərin artımı 64%, Ermənistanda – 55%, Gürcüstanda – 37%, Qırğızıstanda – 27%, Özbəkistanda isə 16% təşkil edib”, – ekspertlər qeyd ediblər.
Xidmətin məlumatına görə, bu yay xarici tətillər üçün ən populyar üç istiqamət Belarus, Türkiyə və Abxaziyadır.
Gürcüstan, Qazaxıstan, Ermənistan, Tailand, İtaliya, Özbəkistan və Çin də ən populyar ölkələr sırasındadır.
Ümumilikdə, 2025-ci ilin yayında beynəlxalq otel sifarişlərinin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10% artıb.







