BaşlıcaEkonomika

Gevorg Papoyan:  “Erməni-Türkiyə sərhədinin açılması erməni məhsullarını rəqabətdən kənarlaşdırmayacaq”

Gevorg Papoyan:  “Erməni-Türkiyə sərhədinin açılması erməni məhsullarını rəqabətdən kənarlaşdırmayacaq”

Erməni-Türkiyə sərhədinin açılmasının mümkün iqtisadi nəticələri müzakirə mövzusu olmaqda davam edir. İqtisadiyyat naziri Gevorg Papoyan hesab edir ki, türk məhsullarının daxil olması erməni məhsullarını rəqabətdən kənarlaşdıra bilməz.

Nazir öz arqumentlərini elmi məqalədə ümumiləşdirib. Ekspertlər isə hesab edirlər ki, qısamüddətli perspektivdə müəyyən risklər, uzunmüddətli perspektivdə isə imkanlar var.

İqtisadiyyat naziri Gevorg Papoyan, Erməni-Türkiyə sərhədi açıldıqda türk məhsullarının erməni məhsullarını rəqabətdən kənarlaşdıracağı barədə narahatlıq yaşamır.

Vəziyyət elmi cəhətdən təhlil edilib – deyə Papoyan dünya elmi nüfuzlu “Scopus” bazasına daxil olan jurnallardan birində özü və Albert Hayrapetyanla birgə müəllif olduğu məqaləyə istinad edərək təsdigləyir.

“Biz iki elmi indeks irəli sürdük: oxşarlıq və tamamlayıcılıq indeksləri. Bu o deməkdir ki, Türkiyə və Azərbaycanın ixrac etdiyi ilə Ermənistanın ixrac etdiyi oxşar deyil.

Nəticə etibarilə, problemimiz yoxdur, çünki biz əsasən başqa şeylər ixrac edirik”.

İqtisadiyyat nazirinin sözlərinə görə, bu birinci – oxşarlıq indeksinin izahıdır. İkinci – tamamlayıcılıq indeksinə gəlincə, o 0.5 rəqəmini təşkil edir. Bunun nə demək olduğunu Papoyan belə izah edir.

Gevorg Papoyanın sözlərinə görə, bu indekslərə dair elmi-təhlili məqalə ilə şübhələri aradan qaldırmağa çalışıblar. Nazirin dediyinə görə, elmi cəhətdən sübut ediblər ki, Erməni-Türkiyə sərhədinin açılması türk məhsullarının erməni məhsullarını rəqabətdən kənarlaşdırmayacaq.

“Əksinə – sərhədlərin açılması Ermənistan Respublikası üçün çoxsaylı imkanlar yaradacaq. İkinci məqaləni yaxın vaxtda çap etdirəcəyik – artıq Erməni-Türkiyə sərhədinin açılmasının konkret iqtisadi nəticələri haqqında”.

Buna baxmayaraq, Erməni-Türkiyə sərhədinin açılması Ermənistan iqtisadiyyatına nə verəcək? Peşəkar sferada fikirlər fərqlidir.

Sosial-iqtisadi inkişaf mərkəzinin rəhbəri Gagik Makaryan “Radiolur” ilə söhbətində deyir ki, mövzu bir neçə baxımla – xarici ticarət, iqtisadi və beynəlxalq əməkdaşlıq, siyasi komponent – təhlil edilib.

“Qlobal baxımdan qısamüddətli dövrdə sərhədin açılması risklidir, uzunmüddətli dövrdə isə bu risklər azala bilər”.

Ermənistan Respublikasının sənaye və ticarət keçmiş müavini Movses Dzavaryan hesab edir ki, türk məhsullarının indi də üçüncü ölkələr vasitəsilə idxal edilən miqdarı qorunub saxlanılacaq, lakin eyni zamanda problemin real şəkildə nəzərdən keçirilməsini təklif edir.

“Bizim üçün Türkiyə bu gün çox mühüm əhəmiyyət kəsb edir. Amma gəlin real baxaq – sərhədin açılması məsələsində bizdən az şey asılıdır”.

İqtisadiyyat nazirliyinin təhlilinə görə, iqtisadi arqumentlər Erməni-Türkiyə sərhədinin açılmasının sərbəst ticarəti stimullaşdıracağı xeyrinə danışır.

Bu da öz növbəsində resursların daha səmərəli bölüşdürülməsinə kömək edəcək. Sərhədin açılması AB-nin gömrük ittifaqının üzvü olan bir ölkə ilə sərbəst ticarət deməkdir.

Bir sıra beynəlxalq qurumların təhlillərinə görə də, Erməni-Türkiyə sərhədinin açılması ilə Ermənistanın ÜDM-i artacaq. İqtisadiyyat nazirliyinin iqtisadi tədqiqatlar şöbəsinin rəhbəri Albert Hayrapetyan bunun nə qədər və necə olacağını ətraflı izah edir:

“ÜDM artımı 30 faiz təşkil edəcək, xarici ticarət kəsiri isə 30-50 faiz azalacaq. Dünya Bankının qiymətləndirməsinə görə, ixracın artması ÜDM-in 30-38 faiz artımına səbəb ola bilər, ixrac potensialının həcmi ÜDM-in 15-19 faizini təşkil edəcək. Almaniyanın iqtisadi məsləhətçi təşkilatının məlumatına görə, Ermənistanın Türkiyəyə ixracı ümumi ixracın 6.7 faizinə çata bilər”.

Ermənistanın xarici ticarətin dövlət tənzimlənməsinin bütün zəruri alətləri var – “Radiolur” ilə söhbətində Vergilərə Nəzarət Komitəsinin (VNK) xarici iqtisadi fəaliyyət gömrük xidməti və nəzarət idarəsinin rəhbər müavini Mher Martirosyan təsdiqləyərək vurğulayıb ki, onların seçimi və tətbiqi iqtisadi siyasət çərçivəsindədir.

Daha çox göstər
Back to top button