BaşlıcaSiyasət

Rusiyalı vəkil Əliyevin keçmiş kürəkəni və onun atasının aktivlərinə həbs qoyulmasını istəyib

“Krokus Sitri Holl” konsert zalında baş vermış terror aktı ilə bağlı cinayət işindən ziyan çəkmiş şəxslərin müdafiəsi, Rusiya Təhqiqat Komitəsinə müraciət edərək sahibkar Araz Ağalarovun və onun oğlu Eminin (Azərbaycan Prezidenti Əliyevin keçmiş kürəkəni – red.) aktivlərinə həbs qoyulmasını xahiş edib.

 Bu barədə RİA Novosti agentliyinə zərərçəkmişlərin vəkillərindən İqor Trunov məlumat verib.

Vəkil qeyd edib ki, “Krokus” ASC yanğının yayılmasının qarşısını alan və təxliyə çıxışlarının açılmasını təmin edən sistemin idarə olunmasına cavabdeh olub.

“Krokus Sitri Holl” binasında mədəni və əyləncəli tədbirlərin təşkilatçısı “Crocus Group” şirkəti, təhlükəsizlik isə “Krokus Profi” xüsusi təhlükəsizlik şirkəti olub.

Trunovun xatırlatdığı ikinci cinayət işi 2024-cü ilin mart ayında Cinayət Məcəlləsinin 238-ci maddəsi “Təhlükəsizlik tələblərinə uyğun gəlməyən, ehtiyatsızlıq nəticəsində iki və ya daha çox insanın ölümünə səbəb olan xidmətlərin göstərilməsi” əsasında başlanıb.

Təhqiqat materiallarına görə, konsert zalında yanğın baş verdikdən sonra yanğının yayılmasının qarşısını alan sistem işləməyib, nəticədə alov vaxtında söndürülməyib.

Təhqiqatçılar həmçinin belə bir nəticəyə gəlib ki, yanğının sürətlə yayılmasına “Krokus”un təmir işləri zamanı istifadə edilən yanğına davamlı tikinti materialları kömək edib.

Trunovun sözlərinə görə, yüksək temperatur və yanma məhsullarının təsiri ilə zəhərlənmə nəticəsində ən azı 45 nəfər həlak olub.

Daha çox göstər
Back to top button