BaşlıcaSiyasət

Vahaqn Xaçaturyan:   “Ermənistanın məqsədi regional texnoloji mərkəzə çevrilməkdir”

İşgüzar səfərdə Nyu-Yorkda olan Ermənistan Respublikasının Prezidenti Vahaqn  Xaçaturyan Meridian Beynəlxalq Mərkəzində süni intellekt və yüksək texnologiyalar sahəsindəki inkişaflara həsr olunmuş tədbirdə iştirak etmişdir.

Tədbir çərçivəsində Prezident Xaçaturyan çıxış edərək Ermənistanın və Cənubi Qafqaz regionunun xüsusiyyətlərini təqdim etmişdir.

 O, avqustun 8-də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ilkin imzalanmasının tarixi əhəmiyyətini vurğulayaraq, bunu ölkəsinin təhlükəsizliyi, sabitliyi və iqtisadi inkişafı üçün mühüm addım adlandırmışdır.

Ermənistan Prezidentinin Administrasiyasının yaydığı məlumatda qeyd olunur ki, prezident həmçinin eyni gün imzalanmış Ermənistan-ABŞ əməkdaşlıq memorandumlarına xüsusi diqqət yetirərək, onların iki ölkə arasında yüksək texnologiyalar və innovasiyalar sahəsində əməkdaşlıq üçün yeni dövr açdığını vurğulamışdır.

Çıxışında Vaqen Xaçaturyan vurğulamışdır ki, Ermənistan ardıcıl şəkildə yüksək texnologiyalar və rəqəmsal inkişaf yolunda irəliləyərək, investisiyalar üçün rəqabətli mühit yaratmışdır. O, Ermənistanın iqtisadi inkişafının xüsusiyyətlərini və innovativ layihələrə investisiyaların geniş imkanlarını təqdim etmişdir.

Prezidentin sözlərinə görə, Ermənistanın məqsədi regional texnoloji mərkəzə çevrilməkdir, burada süni intellekt və rəqəmsal həllərin tətbiqi təkcə iqtisadi artıma deyil, həm də cəmiyyətin həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edəcəkdir.

Daha çox göstər
Back to top button