BaşlıcaSiyasət

Arayik Harutyunyan və Karolin Sent İler Ermənistanda Frankofoniya oyunlarının keçirilməsi istiqamətində görülən addımları müzakirə ediblər

İşgüzar səfərlə Parisdə olan baş nazirin administrasiyasının rəhbəri Arayik Harutyunyan Frankofoniya Beynəlxalq Təşkilatının icraçı direktoru Karolin Sent İler ilə görüşüb.

Alınan məlumata görə, Baş nazirin administrasiyasından bildirilib ki, tərəflər 2027-ci ildə Ermənistanda Frankofoniya oyunlarının keçirilməsi istiqamətində həyata keçirilən addımları, hazırlıq işlərinin gedişini və qarşıdakı vəzifələri müzakirə ediblər.

Administrasiya rəhbəri qeyd edib ki, səfərin məqsədlərindən biri Parisin Olimpiya oyunlarının təşkili sahəsindəki təcrübəsini öyrənməkdir ki, bu da Frankofoniya oyunlarını yüksək səviyyədə keçirməyə kömək edə bilər.

Arayik Harutyunyan və Karolin Sent İler ikitərəfli əməkdaşlığı effektiv qiymətləndiriblər və oyunların Ermənistanda layiqincə və ən yaxşı şəkildə keçiriləcəyinə əminliklərini bildiriblər.

 Həmçinin Ermənistanda nəzərdə tutulan Frankofoniya Beynəlxalq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin görüşü ilə bağlı məsələlərə də toxunulub.

Daha çox göstər
Back to top button