
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof qeyd edib ki, Ermənistan və Azərbaycan məsələləri ilə bağlı Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın və Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın Türkiyədəki səfiri Tom Barak vasitəsilə müntəzəm şəkildə məsləhətləşmələr aparır.
Uitkof əlavə edib ki, məsləhətləşmələr Ukrayna məsələləri ilə bağlı da keçirilir.
Onun sözlərinə görə, ABŞ Prezidentinin administrasiyası belə işləri “dəstəkləyir”.
O, bu təmasların nəticəsində “bir çox uğur nümunələrinin” əldə edildiyini vurğulayıb.







