
Ermənistan və İran arasında əmtəə dövriyyəsi artmaqda davam edir və bu il 900 milyon dollar həddini keçəcək. Bu haqda ER-da İran səfiri Mehdi Sobhani mətbuat konfransında bildirib.
“İki ölkə arasında çox böyük və güclü potensial var. Əminəm ki, zəruri infrastrukturu yaradaraq biz əmtəə dövriyyəsini 900 milyon dollardan 3 milyard dollar həddinə qaldıra bilərik”- deyə Səfir vurğulayıb
O, əlavə edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Ağarak-Qacaran yolunun tikintisinə başlamaq mümkün olub və burada artıq əhəmiyyətli irəliləyiş qeydə alınıb. Sobhani qeyd edib:
“Bəyan edirəm ki, biz bu layihəni nəzərdə tutulmuş müddətdən də tez başa çatdıracağıq”.
Səfir vurğulayıb ki, bu gün etibarla demək olar: İran İslam Respublikası və Ermənistan Respublikası təkcə tərəfdaş və qonşu deyil, həm də həqiqi dostdurlar.
O, xatırladıb ki, bu dostluq Ermənistan prezidenti və müdafiə naziri tərəfindən təqdim olunan dostluq və şərəf ordenlərində aydın şəkildə öz əksini tapıb.
“Bizim münasibətlərimizin irəliləyiş qatarı həmişə hərəkətdədir və heç bir qüvvə onu dayandıra və ya yolundan yayındıra bilməz. Yaşasın Ermənistan, yaşasın İran” – deyərək İranın səfiri sözlərini yekunlaşdırıb.







