
İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransında bildirib ki, əməkdaşlıq Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi və regionda sabitliyin təmin olunmasına yönəlib.
Ötən il Ermənistanın Müdafiə naziri İrana səfər edib, bu il isə İranın müdafiə naziri 17 illik fasilədən sonra Ermənistana səfər edib ki, bu da İran-Ermənistan müdafiə sahəsində əməkdaşlığın inkişaf etdiyini göstərir.
Səfir vurğulayıb ki, Ermənistanla müdafiə əməkdaşlığı digər hər hansı bir ölkəyə qarşı deyil.
Bu, Ermənistanın müdafiə imkanlarını gücləndirmək və özünü qorumaq qabiliyyətini artırmaq üçündür.
Eyni zamanda, bu, regionda sabitliyin möhkəmlənməsi məqsədini daşıyır və açıq, aydın bir baxışdır.
.







